
İsrail Süni Zəka əsaslı peyk idarəetmə sistemi inkişaf etdirib

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti “SatGuard” adlı yeni peyk idarəetmə sistemi inkişaf etdirib.
Süni Zəka əsaslı sistem müşahidə və rabitə peyklərinin idarə edilməsi üçün istifadə ediləcək.
Süni Zəka ilə işləyən “SatGuard” peyk əməliyyatında anomaliyaları və pozuntuları aşkarlayır. Sistem peyklərdən alınan telemetriya məlumatları ilə gələn pozuntuları və peykdəki dəyişiklikləri təyin edir, gələcək anomaliyaların qarşısını almaq üçün peykdəki məlumatları analiz edir.
Sevinc Əliyeva
Ordu.az