Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Metbuat.az
  3. İşgəncə verən ermənilər məhkəmədə Azərbaycan xalqından
 İşgəncə verən ermənilər məhkəmədə Azərbaycan xalqından
Metbuat.az

İşgəncə verən ermənilər məhkəmədə Azərbaycan xalqından

07 İyul 2021 2 7 Dəfə oxundu

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Lüdvik Mkrtiçyan suallara cavab verib.

O bildirib ki, 1993-cü ildə Qarabağda Ağdərənin kəndində olub, amma həmin vaxt müharibə olmayıb:

“Bir ay həmin ərazidə olmuşam. Sonra Hadrutda olmuşam. Həmin vaxt müalicə olunmuşam. 1994-cü ildə Suqoşuşanda gəlmişəm. Səngər qazarkən mərmi yanımıza düşdü və kontuziya aldım. Mən o vaxt erməni silahlı birləşməsinin tərkibində olmuşam. Silahlı birləşmə Ermənistan yaratmışdı. Mən də həmin dəstə ilə Qarabağa gəlmişəm Müharibə idi, nə deyirdilər onu da edirdik. Döyüşlərdən sonra mən Ermənistanı tərk edib xaricə getmişəm”.

Lüdvik Mktiçyan qeyd edib ki, aprel döyüşlərinə təşkilat vasitəsilə könüllü gəlib:

“Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib. 2020-ci il oktyabrında tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı”.

Təqsirləndirilən şəxs oktyabrın 20-də Hadrutun adını bilmədiyi kəndində saxlandığını deyib:

“O zaman biz hərbiçilər geri çəkilirdik, meşələrdə gizlənirdik. Komandirimiz yoxa çıxdı, onun hara getdiyini bilmədim. Orada 120 nəfər əsgər var idi. Biz meşəlik ərazidə gizləndik. Bu zaman iki tərəfli istiqamətdən atışma başladı. Biz quyu kimi yerdə dayandıq. Hava qaralandan sonra dağa istiqamətdə getməyə başladıq. Səhəri Azərbaycan ordusu tərəfindən əsir götürüldüm. Azərbaycanlı hərbi qulluqçuları özümə düşmən bilmirəm. Kaş belə bir müharibə olmayardı”.

Hakimin sualına cavan olaraq bildirib ki, döyüşlərdə iştirakına görə 5 medalla təltif edilib: “Hamısı yubiley medallarıdır. Lakin onlar qiymətli medallar deyil”.

Lüdvik Mkrtiçyan sonda Azərbaycandan, Azərbaycan xalqından elədiklərinə görə üzr istəyib:

“İnsanıq, hər birimiz səhv edə bilərik”.

Prosesdə Alyoşa Xosrovyanda prokurorun suallarına cavan olaraq bildirib ki, Birinci Qarabağ müharibəsində iki ölkə arasında sərhəddə olub:

“Həmin vaxt mən mülki şəxs kimi orda iştirak etmişəm. Səmimiyyətlə demək istəyirəm ki, mən müharibədə könüllü olmamışam. Azyaşlı uşağım var idi, pul qazanmaq məqsədilə döyüşlərə getmişəm. Özümü yalnız Azərbaycan sərhədlərini pozduğum üçün özümü günahkar bilirəm. Mən də sizdən, xalqdan, hamıdan üzr istəyirəm”.

Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki, Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı əsirlərə işgəncələr verib:

“1995-ci ilin may ayında ermənilər döyüşdə çox itki vermişdi, onların meyitlərini Şuşa həbsxanasında gətirdilər. Mkrtçyan da orda idi. Onda bizi amansızlıqla döydülər. İyun ayında Şuşada erməni zabitin toyu idi, bu da hərbçi kimi orda iştirak edirdi. Bunlara ermənilərin “ASALA”sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verən kimi hörmətli hərbçilər idi”.

Zərərəçəkmiş Cavid Hüseyn isə deyib ki, 1995-ci ilin mart ayının 21-də Şuşa türməsində onun gözünün çıxarılması prosesində Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan iştirak ediblər:

“Qarik mənim gözümü çıxaranda əllərimi divara Mkrtçyan və Xosrovyan bağlayıb. Həmin vaxt bunlar ikisi də türmədə bizə işgəncə verirdilər”.

Prosesdə sənədlərin tədqiqi mərhələsinə keçid edilib.

Məhkəmə prosesi iyulun 14-də davam etdirləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə – Metbuat.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 11 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 9 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email