Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. index.az
  3. iPhone üçün təhlükəli olan Wi-Fi şəbəkələri açıqlandı
 iPhone üçün təhlükəli olan Wi-Fi şəbəkələri açıqlandı
index.az

iPhone üçün təhlükəli olan Wi-Fi şəbəkələri açıqlandı

06 İyul 2021 5 3 Dəfə oxundu

Image description

Müəyyən bir ada sahib olan Wi-Fi şəbəkələrinə qoşulmaq iPhone telefonlarının sıradan çıxmasına səbəb ola bilər.

İndex.az xəbər verir ki, bu barədə məlumatı mühəndis Karl Şu (Carl Schou) öz Tvitter hesabında bölüşüb.

Müxtəlif şəbəkələrə qoşulmaqla təcrübələr aparan mütəxəssis Apple şirkətinin smartfonları üçün zərərli olan Wi-Fi şəbəkələrin universal adını tapmağa müvəffəq olub. Onun müşahidələrinə əsasən, əgər cihaz adında “%secretclub%power” sözlərinin rast gəlindiyi şəbəkəyə qoşularsa, cihazda məlumatların ötürülməsi funksiyası deaktiv olacaq. Həmçinin bu prosesdən sonra telefonu əvvəlki iş rejiminə qaytarmaq da mümkün olmayacaq.

Təcrübəsini davam etdirən Karl Şu, adında sözügedən ifadələr olan şəbəkə yaradıb və öz telefonu ilə həmin Wi-Fi şəbəkəsinə qoşulub. Bundan sonra cihazda Wi-Fi modulunu aktivləşdirmək mümkün olmayıb. “Mən bir neçə dəfə şəbəkə tənzimləmələrini əvvəlki halına qaytarmağa cəhd etdim, telefonu məcburi yeniləmə rejiminə keçirdim, heç nə dəyişmədi” – deyə mütəxəssis əlavə edib.

Bir müddət sonra mühəndis Apple şirkətinin texniki dəstək komandası ilə əlaqəyə çıxmağa cəhd etsə də, heç bir qənaətbəxş cavab əldə edə bilməyib. Daha sonra isə öz Tvitter hesabında bütün iPhone istifadəçilərini xəbərdar edib ki, oxşar sözlər rast gəlinən şəbəkəyə qoşulmaqla iOS sistemi ilə işləyən istənilən cihazın Wi-Fi modulunu həmişəlik sıradan çıxara bilərlər.

Belə görünür ki, yaranmış problemi yalnız Apple şirkətinin müdaxiləsi ilə həll etmək mümkün olacaq. Böyük ehtimal, tezliklə şirkət bu çatışmazlığı aradan qaldırmaqla istifadəçilərinə yenilənmiş proqram təminatı təqdim edəcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz

Mənbə – Index.az

Etiketlər: Xəbər bloku / MALİYYƏ / HI-TECH
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
index.az

“BlackBerry” səhmlərini 600 milyon dollara satır

01 Fevral 2022 0 2 Dəfə oxundu

Bir zamanlar məşhur telefon markası olan “BlackBerry” mobil qurğular və mesajlaşma servisləri ilə bağlı patentlərini satır. İndex.az xəbər verir ki,

index.az

Ucuz smartfonların çatışmayan cəhətləri – FOTO

01 Fevral 2022 0 3 Dəfə oxundu

“Android Authority” nəşrinin araşdırmaçıları ucuz smartfonların əsas çatışmazlıqlarını sadalayıblar. Onların fikrincə, istehsalçılar telefonları ən vacib hissələrdən məhrum edərək ucuz sub-flaqmanlar

index.az

“Xiaomi” yeni “Redmi Note 11” smartfonlarını təqdim edib

27 Yanvar 2022 4 2 Dəfə oxundu

“Xiaomi” şirkəti yeni “Redmi Note 11” smartfonlar xəttini təqdim edib – “Redmi Note 11 Pro 5G”, “Redmi Note 11 Pro”,

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email