Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Trend.az
  3. İnzibati xətaya yol verən 156 işəgötürən qanunvericiliyə uyğun cəzalandırılıb – Nazirlik
 İnzibati xətaya yol verən 156 işəgötürən qanunvericiliyə uyğun cəzalandırılıb – Nazirlik
Trend.az

İnzibati xətaya yol verən 156 işəgötürən qanunvericiliyə uyğun cəzalandırılıb – Nazirlik

07 İyul 2021 3 3 Dəfə oxundu

Bakı. Çingiz Səfərli – Trend

Keçən ilin son aylarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin işçilərlə icbari sığorta müqaviləsi bağlamalarına nəzarəti “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən həyata keçirir.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, həmin müqavilə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını nəzərdə tutur.

Ötən dövrdə e-sistem üzərindən həyata keçirilən nəzarət zamanı 72 işəgötürənin icbari sığorta müqaviləsi bağlamadığı və ya sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verildiyi aşkar edilib. Xidmətin qanunvericiliyin tələbləri əsasında gördüyü tədbirlər nəticəsində onların hər birinin işçilərlə icbari sığorta müqaviləsi bağlamaları təmin olunub.

Habelə, 156 işəgötürənin bu sahədə inzibati xəta hallarına yol verdikləri aşkarlanıb və onlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

Qeyd edək ki, İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsisteminə inteqrasiyası bu sahədə e-sistem üzərindən operativ və effektiv nəzarətin təmin olunmasına imkan verib. Bu isə işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanan işçilərin sayında artımla nəticələnir.

Mənbə – Trend.az

Etiketlər: Cəmiyyət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Borclu abonent “Azərsu”nun əməkdaşını döydü

11 Fevral 2022

Mətbuat katibi SOCAR-ın vitse-prezidentinin müavini oldu

11 Fevral 2022

Bu ölkənin kralı koronavirusa yoluxdu

11 Fevral 2022

Bakıda 15 yaşlı qızı hamilə qoyan oğlanla bağlı MƏHKƏMƏ QƏRARI

11 Fevral 2022

“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb

11 Fevral 2022

“Mənə azad yaşamaq istədiyini dedi” – Arvadını güllələyən polis

10 Fevral 2022

Nəsli kəsilməkdə olan balıq ovlandı

10 Fevral 2022

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Oxşar Xəbərlər
Ann.az

Kəlbəcərdə son vəziyyət (VİDEO)

04 Fevral 2022 3 3 Dəfə oxundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda

Moderator.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTO

04 Fevral 2022 5 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.   Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.   Bildirilib ki,

Ann.az

Akademik: “Ulu öndərin Azərbaycanın milli sərvəti adlandırdığı AMEA tənəzzül dövrünü

04 Fevral 2022 3 7 Dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında baş verənlər cəmiyyətdə böyük rezonansa səbəb olub. Bir sıra insanlar, eləcə də AMEA strukturlarında

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email