
İndoneziya donanmasına “ScanEagle 2” PUA-ları təhvil verilir

İndoneziya Hərbi Dəniz Qüvvələrinə “Boeing” şirkətinə daxil olan “Insitu” tərəfindən istehsal edilən “ScanEagle 2” PUA-larının təhvil verilməsi başlanılıb.
PUA-lar ABŞ tərəfindən hədiyyə edilib. Neçə PUA-nın təhvil verildiyi barədə məlumat verilməyib. Nəşr yazır ki, ən azı 8 PUA tədarük edib.
PUA-lar ABŞ hökuməti tərəfindən Cənub-Şərqi Asiya donanmaları üçün Dəniz Təhlükəsizliyi Təşəbbüsü (MSI) çərçivəsində qrant kimi verilir.
Proqram çərçivəsində İndoneziyadan başqa Malayziya, Filippin, Vyetnama da PUA-lar tədarük ediləcək.
Təxminən 3 milyon dollar dəyərində olan “ScanEagle” 20 saatdan çox uçuş müddətinə malikdir və aşağı hündürlükdə uçaraq müşahidə əməliyyatları apara bilir.
Sevinc Əliyeva
Ordu.az