Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. index.az
  3. İnam Kərimov Lerikin dağ kəndində taxıl biçinində – FOTO
 İnam Kərimov Lerikin dağ kəndində taxıl biçinində – FOTO
index.az

İnam Kərimov Lerikin dağ kəndində taxıl biçinində – FOTO

07 İyul 2021 6 5 Dəfə oxundu

Image description

Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində taxıl biçini aparılıb.

İndex.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, biçin prosesinə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış dağ kombaynları cəlb olunub.

Biçin prosesində iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə dağlıq ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb. Bildirilib ki, əvvəllər yüksək dağlıq ərazilərdə biçin prosesi yalnız sovet istehsalı olan köhnə kombaynlarla aparılıb. O kombaynların maili ərazilərdə biçin aparmaq xüsusiyyətinin zəif olması biçində çoxsaylı çətinliklər yaradıb. Ötən il “Aqroservis” ASC-nin xətti ilə alınmış yeni nəsil dağ kombaynları biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələrdə biçin problemini aradan qaldırıb. Yeni nəsil dağ kombaynlarının ölkəmizə gətirilməsi nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərməyə imkan verir.

Nazir İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, respublikada taxl biçini yekunlaşmaq üzrədir: “Bu günə kimi taxıl sahələrinin 87 faizində biçin prosesi başa çatıb. Artıq yalnız dağlıq və dağətəyi rayonlarda biçin gedir. Əvvəlki illərdə olduğu kimi bu il də taxıl biçini mütəşəkkil təşkil olunub, bu səbəbdən ötən illə müqayisədə biçin prosesini ən azı 10 gün tez yekunlaşdırmaq ərəfəsindəyik. Orta məhsuldarlıq çox yüksəkdir, respublika üzrə taxıl üzrə orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır, ayrı-ayrı taxılçılıq rayonlarında buğda üzrə orta məhsuldarlıq göstəricisi 40 sentneri keçib. Doğru toxum seçimi, düzgün aqrotexniki qulluq nəticəsində respublikanın ayrı-ayrı təsərrüfatlarında 60 sentnerdən çox məhsul görürən fermerlərimiz var”.

Nazir qeyd edib ki, yüksək dağlıq ərazilərdə biçin apara biləcək xüsusi dağ kombaynlarının alınması sayəsində dağ kəndlərində, yüksək maili ərazilərdə biçin problemi köklü şəkildə həll olunub: “Artıq dağ kombaynları ilə Yardımlı, Lerik, Cəlilabad rayonlarının dağlıq ərazilərində biçin aparılıb, Şəmkir, Şamaxı və Qobustan rayonlarının yüksək dağlıq hissələrində yaxın günlərdə kütləvi biçinə start veriləcək. Biçin prosesinin mütəşəkkil təşkili üçün nazirlikdə xüsusi operativ qərargah yaradılıb, biçinin növbəli şəkildə həyata keçirilməsi təmin olunub. Əsas hədəfimizə – biçin prosesini məhsul itkisi olmadan, mütəşəkkil şəkildə həyata keçirmək hədəfimizə nail ola bilmişik”.

Xatırladaq ki, bu il Lerik rayonunda 3069 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin əksəriyyəti dəmyə ərazilərdə yerləşir. Artıq taxıl sahələrində biçin başa çatmaq üzrədir. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 22 sentnerə yaxındır ki, bu da dəmyə əkinlər üçün normal göstərici hesab olunur.

Bizi Telegram-da izləyin: t.me/indexaz

Mənbə – Index.az

Etiketlər: Xəbər bloku / AQRO
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
index.az

Ölkədə aqrar sektor 5% böyüyüb

14 Sentyabr 2021 3 2 Dəfə oxundu

Bu ilin yanvar-avqust aylarında 6 105,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər

index.az

Təsərrüfatına zərər dəymiş fermerlərə kompensasiya ödənilir

11 Avqust 2021 3 3 Dəfə oxundu

“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması

index.az

Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib

26 İyul 2021 2 7 Dəfə oxundu

Arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi başa çatıb. İndex.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, pilot

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email