
“Hraparak”: Paşinyan Moskva səfərindən sonra Zəngəzur dəhlizinin tikintisinə başlayacaq

Ötən gün Ermənistanın Gorus genişləndirilmiş icmasının Karahunc yaşayış məntəqəsinin inzibati rəhbəri Lusine Avetyanın həbs edilməsinin əsl məqsədi Gorus icmasının rəhbəri Aruş Aruşanyana qarşı göstərişi yerinə yetirməkdir.
Nəşrin Ermənistanın hüquq-mühafizə sistemindəki mənbələrinin məlumatına görə, müstəntiqlər nəyin bahasına olursa-olsun Nikol Paşinyandan alınan göstərişi yerinə yetirməyə çalışacaqlar ki, yaxın gələcəkdə üsyankar Sünik icma rəhbərlərini zərərsizləşdirsinlər.
“Məsələ burasındadır ki, Moskva səfərindən sonra Nikol Paşinyan aktiv təkanla Zəngəzur dəhlizinin tikintisinə başlayacaq və prosesin qalmaqalsız, sakit keçməsi üçün Sünik icmalarının rəhbərləri vəzifələrində bu planların həyata keçirilməsinə mane olmayacaq öz adamları olmalıdır”, – deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az