
Həyətində çətənə yetişdirən Şabran sakini saxlanıldı – FOTO

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəvəçi kənd sakini Telman Balaqədəşov saxlanılıb.
<!–
(adsgarden = window.adsgarden || []).push({});–>
Ona məxsus yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.