Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Publika.az
  3. Gündə nə qədər şəkər yeyə bilərik?
 Gündə nə qədər şəkər yeyə bilərik?
Publika.az

Gündə nə qədər şəkər yeyə bilərik?

06 İyul 2021 1 5 Dəfə oxundu

Şəkərin “şirin ölüm” olduğunu hər kəs bilir. Ancaq bundan tamamilə imtina etmək demək olar ki, mümkün deyil. Bəs, sağlamlığımızı qorumaq üçün bir gündə nə qədər şəkər qəbul edə bilərik?

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qlobal Uzunömürlülük İnstitutunun professoru, Qreys Tibb Mərkəzinin qocalma əleyhinə mütəxəssisi Elina Manjaliy bu suala cavab verib.

Əvvəlcə özümüzü niyə şəkərdən məhdudlaşdırmalı olduğumuzu anlayaq!

Bir tərəfdən bədənimizdəki kimyəvi reaksiyalar nəticəsində şəkər qlükozaya çevrilir ki, bu da beynin aktiv işləməsi üçün vacibdir. Digər tərəfdən, şəkər bədəndəki iltihab proseslərini aktivləşdirir. Bədən belə bir sınaqdan keçəndə insan dərhal kədərə və ya depressiyaya qərq olur. Bu, xüsusilə qadınlar üçün keçərlidir. Üstəlik, şəkərin bədəni zərərli kalori ilə “doldurması” metabolizmaya ciddi şəkildə təsir edir. Bu səbəbdən çox şirniyyat yeyəndə həm artıq çəkidən əziyyət çəkməyə başlayırıq, həm də şəkərli diabet, piylənmə, ürək və qaraciyər xəstəlikləri ortaya çıxır, endokrin sistemi ciddi təzyiqə məruz qalır.

Şəkər dedikdə yalnız tortlar və şirniyyatlar nəzərdə tutulmur. Şəkər demək olar ki, bütün qidalarda olur. Hər bir insan gündəlik qazlı içkilərdən və meyvə sularından, desertlərdən, ketçupdan, xardaldan təxminən 20 çay qaşığı gizli şəkər qəbul edir.

Hər gün artıq şəkər qəbulu 40-dan çox kalori və ya 3 qram dərialtı yağ deməkdir. Hər gün bu qədər şəkər qəbulu il ərzində 1 kq-dan çox artıq çəki qazanmaq deməkdir. Metabolizmanız normal işləyirsə, 10 ildən sonra 10 kq-dan çox, 20 ildən sonra 20 kq-dan çox kökələ bilərsiniz. Artıq çəki ilə əlaqəli sağlamlıq problemlərini də bunlara əlavə etsəniz, nə qədər dəhşətli mənzərə ilə qarşılaşa biləcəyinizi özünüz təsəvvür edin.


<!–

(adsgarden = window.adsgarden || []).push({});–>

Şəkər xərçəng hüceyrələrinin böyüməsini aktiv şəkildə stimullaşdırmağa qadirdir!

Bədən qidadan gələn şəkəri yandırmaq əvəzinə xərçəng hüceyrələri onu laktik turşuya çevirir. İkincisi, şəkər xərçəng şişinin orqan və toxumalarda böyüməsinə imkan verir. Bundan əlavə, onları kimyəvi terapiya və radioterapiyaya qarşı daha az həssas edir.

Nə etmək lazımdır?

Cavab aydındır: Şəkəri və digər sürətli karbohidratları məhdudlaşdırın. Onları taxıl və meyvələrdə olan yavaş karbohidratlarla əvəz edin. Ən yaxşısı səhər yeməyində yeyin. Nəticədə uzun müddət toxluq hissi, yaxşı əhval-ruhiyyə yaranır, enerji istehsal etmək üçün beyni lazım olan qlükoza ilə təmin edir.

Unutmayın ki, beyin və bədənin digər ehtiyaclarını təmin etmək üçün menyunun ən azı 30-50 faizinin kompleks karbohidratlar olması lazımdır. Bu, gündə orta hesabla 300 qrama qədərdir. Zehni işlə məşğul olsanız, çəkinizin 1 kiloqramı üçün gündə 3.6-4.0 qram karbohidrat tələb olunur. Tərəvəz, meyvə və giləmeyvədə bol olan nişasta və liflər daha yavaş sorulur, tədricən bədəndə ehtiyac duyduğu əlavə enerji təchizatı yaradır.

Aytən Məftun

Mənbə – Publika.az

Etiketlər: Sağlamlıq
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 11 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Busaat.az

Pandemiya sona çatır? – TƏBİB-dən AÇIQLAMA

04 Fevral 2022 6 4 Dəfə oxundu

Son günlər ölkədə virusa yoluxma halları sürətlə artmaqdadır və bu günə qədər olan say yoluxmanın ən pik həddidir. Busaat.az  xəbər

azxeber.com

Bu dərmandan istifadə etməklə qara ciyərinizi zədələyə bilərsiniz – XƏBƏRDARLIQ

04 Fevral 2022 4 2 Dəfə oxundu

Koronavirus xəstəliyinin ilkin simptomları olan bəzi vətəndaşlar həkimə müraciət etmədən ev şəraitində müalicə olunurlar. AZXEBER.COM xəbər verir ki, öskürək, halsızlıq

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email