Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Oxu.az
  3. Gənclər Təşkilatları üçün 15-ci qrant müsabiqəsi elan edilir – FOTO
 Gənclər Təşkilatları üçün 15-ci qrant müsabiqəsi elan edilir – FOTO
Oxu.az

Gənclər Təşkilatları üçün 15-ci qrant müsabiqəsi elan edilir – FOTO

05 İyul 2021 3 3 Dəfə oxundu

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərini 24 iyul 2021-ci il saat 18:00-dək təqdim etməyə dəvət edir.

Fonddan verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılmasına, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, innovativ gəncliyin potensialının ortaya çıxarılmasına, sağlam düşüncəli gəncliyin yetişməsinə, Nizami Gəncəvi irsinin gənclər arasında təbliğinə, könüllülüyün inkişafına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Müraciətlərə  “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.

Müraciət etmək istəyən gənclər təşkilatları layihə təkliflərini Gənclər Fondunun rəsmi saytından “Elektron xidmət” bölməsi vasitəsi ilə təqdim etməlidirlər. Layihələrin maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu Fondun saytında yerləşdirilib.

Mənbə – Oxu.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Daha bir ölkə sərhədlərini turistlərə açır

08 Fevral 2022

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 8 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 6 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 6 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email