
Ermənistanda yezidilər sıxışdırılır: 4 yezidi icmasının rəhbəri istefa verdi

Ermənistanın Araqatsotn vilayətinin yezidi icmaları olan Ddmasar, Arevut, Sorik və Otevan icmalarının rəhbərləri istefa ərizələri təqdim ediblər.
İcma rəhbərləri nəşrə açıqlamalarında təsdiq ediblər ki, Ermənistanın Araqatsotn vilayətinin rəisi Davit Gevorqyan onları çağırıb və istefa ərizəsi yazmağı tələb edib.
Qeyd edək ki, Ermənistan parlamentinə növbədənkənar seçkilər zamanı bu icmalarda Vətəndaş Müqaviləsi Partiyası məğlub olub.
Alpər Mövludoğlu
Ordu.az