
Ermənistan MN: Sərhəddə atışma olub

Ermənistanın “Armenpress” agentliyi xəbər verir ki, atışma Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Geqarkunik bölgəsi arasında baş verib.
Ermənistan Müdafiə Nazirliyinin şöbə müdiri, polkovnik Samvel Asatryan “Armenpress”ə bildirib ki, atışma nəticəsində hər iki tərəfdə yaralananlar olub. (yeniavaz)