Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Report.az
  3. Erməni terrorçu silahlı birləşmənin 13 üzvünün məhkəməsi təxirə salınıb
 Erməni terrorçu silahlı birləşmənin 13 üzvünün məhkəməsi təxirə salınıb
Report.az

Erməni terrorçu silahlı birləşmənin 13 üzvünün məhkəməsi təxirə salınıb

06 İyul 2021 9 5 Dəfə oxundu

Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

“Report”un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsin hakimi Eldar İsmayılov sədrliyi keçirilən məhkəmə prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Alov Səfərəliyev məhkəməyə ərizə göndərdiyi elan olunub. Vəkil ərizədə səhhəti ilə bağlı prosesdə iştirak edə bilmədiyini göstərib və prosesin təxirə salınmasını istəyib.

Hakim növbəti iclasın iyulun 16-da keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Mənbə – Report.az

Etiketlər: Hadisə
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Baku.ws

Minalanmış ərazilərdən dəmir yığan şəxslər HƏBS OLUNDU

04 Fevral 2022 2 2 Dəfə oxundu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə icazəsiz daxilolmaların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin

Report.az

Azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub

04 Fevral 2022 3 2 Dəfə oxundu

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan

Report.az

Gəncədə ata və oğul bıçaqlanıb

04 Fevral 2022 2 2 Dəfə oxundu

Gəncə şəhərində qonşular arasında düşən mübahisə zəminində ata və oğul bıçaq xəsarəti alıblar. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email