Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Ordu.az
  3. Erməni terrorçu birləşməsinin daha 13 üzvünün işi məhkəməsi keçirilir – YENİLƏNİB
 Erməni terrorçu birləşməsinin daha 13 üzvünün işi məhkəməsi keçirilir – YENİLƏNİB
Ordu.az

Erməni terrorçu birləşməsinin daha 13 üzvünün işi məhkəməsi keçirilir – YENİLƏNİB

05 İyul 2021 3 10 Dəfə oxundu

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun – Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Ordu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

Hakim qeyd edib ki, bütün təqsirləndirilən şəxslərin dindirilməsi həyata keçirilib.

Daha sonra prosesdə şahid qismində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ifadə verib.

Hərbçilər ifadələrində bildiriblər ki, ermənilərin Hadrut istiqamətində özlərinə mövqe tutması ilə bağlı onlara məlumat daxil olub: “Dekabrın 12-də Əlican kəndi yaxınlığında bizə həyəcan siqnalı verildi. Biz həmin istiqamətdə irəlilədik. Bizə dedilər ki, onlar dağdan aşağı enirlər. Onları mühasirəyə aldıq. Dedik ki, təslim olmasanız sizi məhv edəcəyik. Onlar təslim oldular, silahlarını təhvil götürdük. Onları bazamıza gətirərək, adiyyatı üzrə təhvil verdik. Ayın 14-də daha iki nəfəri zərərsizləşdirərək təhvil vemişik”.

Proses iyulun 12-də davam etdiriləcək.

***

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun – Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Ordu.azxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verir. Qriqoryan Feliks Arşakoviç ifadəsində bildirib ki, ötən il noyabr ayında hərbi komissarlığa dəvət olunub: “Bildirdilər ki, gəlməsən, barəndə cinayət işi başlanacaq. Hərbi Komissarlıqda silah-sursatla təmin olundum. Bizə polkovnik-leytenant Arsen Kazaryan komandir təyin edilmişdi. Gecə avtobuslara yola düşdük, yolda yatdıq. Səhəri Laçında açdıq. Mağazadan lazımı şeylər aldıq. Oradakılar hamısı erməniydi. Daha sonra rus sülhməramlılarının yanından keçərək bir dağ tərəfə getdik. Arsen Kazaryan demədi ki, bura Azərbaycan torpağıdır. Bizə deyilmişdi ki, Ermənistan sərhədlərini qoruyacaqsınız. 13-14 gün orda qaldıqdan sonra bizə dedilər ki, aşağı düşün. Evə qayıtmalıydıq. Aşağı düşəndə Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq. Silahlarımızı təhvil verərək təslim olduq”.

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib. Qriqoryan Feliks Arşakoviç məhkəmədə verdiyi ifadəni təsdiqləyib.

Prosesdə Anbardanyan Vels Karapetoviç də dindirilib. O da digər təqsirləndirilən şəxslər eyni məzmunlu ifadə verib. Bildirib ki, getdikləri ərazinin Azərbaycan torpaqları olduğundan xəbərsiz olub: “10 noyabr bəyannaməsindən xəbərim vardı. Bilirdim ki, Laçını Azərbaycana təhvil verməliyik. Lakin bizim Laçına gələcəyimizdən xəbərimiz olmayıb. Ora çatandan sonra xəbərimiz olub ki, biz Laçındayıq”.

Təqsirləndirilən Mikaelyan Andranik Vazgenoviç isə müharibə dövründə Cəbrayıl istiqamətində olduğunu deyib: “Sentyabrın 27-də çağırışçı kimi hərbi komissarlığa getmişəm. Məni Cəbrayılda yerləşən hərbi hissəyə göndərdilər. Cəbrayılın Azərbaycan ərazisi olduğunu bilirdim. Sadəcə, etiraz edə bilmədim. Dedilər, əmrə tabe olmasan, həbs ediləcəksən. Cəbrayılda döyüşlərdə olmamışam. Azərbaycan tərəfi hər gün irəliləyirdi. Ordumuzdan itkilərimiz var idi. Bir müddət qaldıqdan sonra Cəbrayıldan qaçdıq. Oktyabrın 17-də artıq evdəydim. Daha sonra hərbi polisdən zəng edib dedilər ki, gəlməsən, həbs olunacaqsan. Noyabrın 27-də hərbi komissarlığa getdim”.

Təqsirləndirilənlərdən Vardanyan Arsen Araikoviç, Tadevosyan Hrayr Seryojeviç, Bahrekyan Vahagen Edikoçiv də məhkəmədə eyni məzmunlu ifadə verib.

Proses davam edir.

***

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun – Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Ordu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi keçiriləcən prosesdə təqsirləndirilən şəxslər ifadə verirlər.

Qeyd edək ki, rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Ordu.az

Mənbə – Ordu.az

Etiketlər: Region
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Ordu.az

Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək

04 Fevral 2022 3 2 Dəfə oxundu

Ermənistan müxalifəti boş qalmış prezidentlik postuna namizəd irəli sürməmək qərarına gəlib. Ordu.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti

Ordu.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTOLAR

04 Fevral 2022 3 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb. Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki,

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email