
Erməni siyasi ekspert: “Kapitulyasiya edilmiş ölkədə general rütbəsi vermək əxlaqsızlıqdır”

“Kapitulyasiya edilmiş ölkədə general rütbəsi vermək əxlaqsızlıqdır”.
“Qarabağ yoxdursa, ölkə kapitulyasiya edilibsə, azərbaycanlılar sənin ərazinə daxil olubsa və heç bir general səsini çıxarmırsa, əgər siz ölkəni məğlubiyyətə gətirmisinizsə, söylənilməz sayda qurbanlar, yaralılar vermisinizsə və nəticədə biabırçı kapitulyasiya olubsa, hansı general rütbəsindən söhbət gedir, nə general?
Bu məğlub olmuş vəziyyətdə siz hər hansı bir əsgərə kiçik yefreytor rütbəsi vermək hüququna belə sahib deyilsiniz”, – deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az