
Erməni polkovnik: “Azərbaycanda 500 əsirimizin olmadığını dəqiq şəkildə deyirəm”

“Azərbaycanda 500 əsirimizin olmadığını dəqiq şəkildə deyirəm”.
https://analitik.am/news/view/749263?fbclid=IwAR1k2ZbJJMgmhtXwPtX0Wp7RaW1N_Vz-1OdZqzQg5_tL0C8ia5NzO6OAU1c
Ordu.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı erməni polkovnik Boris Avaqyan deyib.
“Əgər heç kim rəqəm açıqlamırsa, bu, sizə haradan məlumdur?” sualına Avaqyan cavab olaraq qeyd edib ki, məlumatlarla işləyir: “Mən Azərbaycanda 500 əsirimizin olmadığını dəqiq şəkildə deyirəm!.
Onun sözlərinə görə, erməni əsirləri sayı 200-300-dən azdır.
“Qrup (təhvil verilən əsirləri nəzərdə tutur – red.) Rusiya rəhbərliyinin səyləri ilə, rus sülhməramlıların komandiri ilə Ermənistan Müdafiə Nazirliyi, Baş Qərargahı, MTX rəhbərliyinin birgə işi nəticəsində qayıdıb. Düşünürəm ki, onlar da aldıqları (mina xəritələrini nəzərdə tutur – red.) ilə ehtiyatlı olmalı oduqlarını başa düşürlər”, – deyə Avaqyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az