
Erməni politoloq: “Nikol Tavuş vilayətinin ərazilərini Azərbaycana təhvil verməyə hazırlaşır”

“Gözlənildiyi kimi, hakimiyyətdə yenidən seçildikdən sonra Nikol növbədənkənar parlament seçkilərinə görə yarımçıq qalmış anti-milli planlarının həyata keçirilməsinə keçdi”.
“Hələ seçkilərdən əvvəl xain Nikol demişdi ki, Bakı ilə hansısa yeni müqavilə imzalayacaq, bu müddət ərzində onun xaç atası olan Qalumyan soyadlı biri bildirmişdi ki, “Tavuş vilayətində Azərbaycan kəndləri var”, bu, bir çoxları tərəfindən bu torpaqları Bakıya təhvil vermək haqqında mesaj kimi şərh edildi.
Və budur, seçkilərdən sonra indi məlum olur ki, Tavuş sərhədlərini alınmaz saxlayan, xain Nikolun istefasını sona qədər tələb edən general Qriqori Xaçaturovla müqavilə uzadılmayacaq.
Gözlənilən idi, Nikol Tavuşdan özü tərəfindən Azərbaycan torpağı kimi elan edilmiş əraziləri (işğal altında olan 7 kənd – red.) onu alçaldan İlham Əliyevə bağışlamaq üçün Xaçaturovu “likvidasiya” edir”, – deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az