Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Oxu.az
  3. Dünya şöhrətli azərbaycanlı alim vəfat etdi – FOTO
 Dünya şöhrətli azərbaycanlı alim vəfat etdi – FOTO
Oxu.az

Dünya şöhrətli azərbaycanlı alim vəfat etdi – FOTO

06 İyul 2021 2 3 Dəfə oxundu

Azərbaycanlı arxeoloq Rauf Munçayev vəfat edib. 

Oxu.Az xəbər verir ki, alim ömrünün 93-cü ilində Moskvada vəfat edib.

Qeyd edək ki, Rauf Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. Onun uşaqlıq və yeniyetməlik illəri bu şəhərdə keçib. Zaqatalada rus məktəbində orta təhsil alıb.

1945-1949-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülüb. Bunlardan yalnız bəzilərini qeyd etmək yerinə düşər. Belə ki, o, 1998-ci ildə “Dostluq” ordeni, 2005-ci ildə “Kazanın 1000 illiyi xatirəsinə” medalı, 2009-cu ildə “Şərəf” ordeni ilə təltif edilmişdir.

R.Munçayev 1982-ci ildə Dağıstan Respublikasının, 1989-cu ildə Rusiya Federasiyasının, 2008-ci ildə İnquşetiya Respublikasının Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb, 2013-cü ildə isə Çeçenistan Respublikasının Elmlər Akademiyasının fəxri akademiki seçilib. Görkəmli alim Qədim Mesopotamiyanın tədqiqində göstərdiyi xüsusi xidmətlərə görə 1999-cu ildə Rusiya Federasiyasının elm və texnika üzrə Dövlət Mükafatına layiq görülmüşdür. R.Munçayev 1985-ci ildən Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, 1990-cı ildən isə İtaliyanın Afrika və Şərq İnstitutunun müxbir üzvü olub.

Mənbə – Oxu.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Azərbaycanlı milyonçu bir mahnıya görə ona “Porshe Cayenne” bağışladı

15 Fevral 2022

Qadın qohumunun evindən külli miqdarda qızıl oğurladı

15 Fevral 2022

Qara kəmər ustası körpəyə 2 ayaq zərbəsi vurdu: AZYAŞLI ŞOKA DÜŞÜB

15 Fevral 2022

Hadisə ayrıldığı deyilən sevgilisinə bu sözləri yazdı

15 Fevral 2022

Milyarderin yaxtası yumurta atəşinə tutulacaq  

15 Fevral 2022

Efirdə cinayəti etiraf edən gəlinin uşaqları atasına qovuşdu – VİDEO

15 Fevral 2022

“Məmurlarla da işləyirəm” – Azərbaycanın ilk KVANT PSİXOLOQU Lent.az-a danışdı

15 Fevral 2022

“Formula 1” yarışının keçiriləcəyi tarix AÇIQLANDI

15 Fevral 2022

Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda!®

15 Fevral 2022

Koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı

15 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 8 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email