Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. index.az
  3. DGK xətti ilə büdcə daxilolmaları 1% artıb
 DGK xətti ilə büdcə daxilolmaları 1% artıb
index.az

DGK xətti ilə büdcə daxilolmaları 1% artıb

07 İyul 2021 3 3 Dəfə oxundu

Image description

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 038 235,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur.

İndex.az xəbər verir ki, APA-Economics”in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,1% artaraq 557 547,1 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 4,7% azalaraq 1 382 115,9 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin birinci yarısında daxilolmalar 16,7% artaraq 77 826,9 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 20 745,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 11% çoxdur.

Bu ilin iyun ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 376 214 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 16,2%, bu ilin may ayı ilə müqayisədə isə 8,2% çoxdur.

Bu ilin iyun ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21,3% artaraq 104 255,3 min manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici 12,4% artıb.

Həmçinin, cari ilin iyun ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 13,5% artaraq 252 633,3 min manat (bu ilin may ayı ilə müqayisədə 5% çox), aksizlər üzrə 28,8% artaraq 15 679,4 min manat (may ilə müqayisədə 42,5% çox), yol vergisi üzrə daxilolmalar isə 21,8% artaraq 3646 min manat (may ilə müqayisədə 13,3% çox) təşkil edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz

Mənbə – Index.az

Etiketlər: Xəbər bloku / MALİYYƏ / BANK
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Restoranda işləyən qadını maşın vurub öldürdü – FOTO

14 Fevral 2022

Jurnalistlər Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında şikayət verdilər

14 Fevral 2022

Qarabağ qazisi yol qəzasında öldü

14 Fevral 2022

Rayon sakini İNTİHARA cəhd etdi

14 Fevral 2022

Zivədən paltar oğurlayan QADIN TUTULDU

13 Fevral 2022

Bakıda internat məktəbin pəncərələrini söküb apardılar

13 Fevral 2022

 Arvadını çəkiclə öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

13 Fevral 2022

Azərbaycanda DƏHŞƏTLİ QƏTLİN baş verdiyi ev – YENİ GÖRÜNTÜLƏR -YENİLƏNİB

13 Fevral 2022

Şəmkirdə baş verən dəhşətli qətllə bağlı RƏSMİ MƏLUMAT

13 Fevral 2022

Bakıda təcili yardım maşını AŞIB

13 Fevral 2022

Oxşar Xəbərlər
index.az

Bu şəxslər üçün güzəştli kreditlərin müddəti artırıldı

01 Fevral 2022 1 2 Dəfə oxundu

Azərbaycanda yeni bağ salanlar üçün güzəştli kreditləri 3-5 il deyil, 6 il müddətinə veriləcək. İndex.az xəbər verir ki, bu, Prezident

index.az

Bu gün banklar 50 milyon dollar aldı – HƏRRAC

01 Fevral 2022 0 2 Dəfə oxundu

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. İndex.az xəbər verir ki, hərracda tələb 50,8 milyon ABŞ

index.az

Əcnəbilər bank kartları ilə 1.3 milyard manat xərcləyiblər

31 Yanvar 2022 1 2 Dəfə oxundu

2021-ci il dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 171.7 milyon manat təşkil edib. İndex.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email