Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Moderator.az
  3. “Deyirdi ki, şəhid olmaq ən böyük arzumdu…”-Şəhid tankçının həyat yoldaşı…
 “Deyirdi ki, şəhid olmaq ən böyük arzumdu…”-Şəhid tankçının həyat yoldaşı…
Moderator.az

“Deyirdi ki, şəhid olmaq ən böyük arzumdu…”-Şəhid tankçının həyat yoldaşı…

07 İyul 2021 5 4 Dəfə oxundu
“İsmayıllı iki il idi ki, evliydik. O, döyüşə gedəndə qorxdum və dedik ki, İsmayıl, getmə. Dedi ki, “Məftunə yox, mən elə bu günü gözləyirdim”
 
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsində şəhid olan İsmayıl Qasımovun həyat yoldaşı Məftunə xanım deyib. Şəhid hərbçimizin həyat yoldaşı İsmayılla bağlı xatirələrini bizimlə bölüşüb:
 
“İsmayıl 1989-cu il dekabrın 17-də Sumqayıt şəhərində anadan olub. Ailədə bir bacı və bir qardaş olublar. İsmayıl Vətən müharibəsinə könüllü yollandı. Özü əsgərlikdə tankçı olub. Qubadlıda və Füzulidə döyüşüb elə Füzuli uğrunda gedən döyüşlərdə də şəhid olub. Sentyabrın 21-də təlimlərə yollandı və ordan da müharibəyə getdi. Oktyabrın 9-da şəhid olsa da, 66 gündən sonra onun nəşi tapılıb. Dekabrın 10-da İkinci Fəxri Xiyabanda dəfn etdik”.
 
“Sonuncu dəfə mənimlə danışanda İsmayıl dedi ki…”
 
“İsmayıllı iki il idi ki, evliydik. O, döyüşə gedəndə qorxdum və dedik ki, İsmayıl, getmə. Dedi ki, “Məftunə yox, mən elə bu günü gözləyirdim”. Hərbi biletini götürüb döyüşə getdi. İsmayıl döyüşdə olanda sonuncu dəfə onunla oktyabrın 5-də danışdıq. Okatyabrın 8-də isə əlaqə kəsildi. 
 
İsmayılın dinə çox böyük həvəsi var idi, özü santexnik işləyirdi. Hacı Şahin Həsənliylə münasibətləri var idi. İsmayıl Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarına görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 
 
Sonuncu dəfə mənimlə danışanda İsmayıl dedi ki, “bizi irəli getmişdik və indi qayıtmışıq. Amma yenidən irəli gedirik, özünüzdən muğayat olun. Ola bilər ki, mənlə əlaqə saxlamaq mümkün olmadı, onda narahat olmayın”.  O, həmişə deyirdi ki, “şəhid olmaq ən böyük arzumdur. İmam Əli aşiqi idi. Xatirələrimiz coxdur. Son danışıqlarımızda namazlarıma daha çox diqqət etməyimi istədi. Elə bil ürəyinə dammışdı ki, şəhid olacaq. Amma bir yandan da, məni qorxutmaq istəmirdi. Zamanımızın imamını görməyi çox arzulayırdı. Deyirdi ki, görəsən qismət olacaq onu görmək? Elə mömin olmaq istəyirəm ki, kim nə etsə də, qəlbimə dəyməsin” . O qədər gözəl ürəyi var idi ki…”
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
 
Vasif Əlihüseyn

Mənbə – Moderator.az

Etiketlər: Cəmiyyət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Ann.az

Kəlbəcərdə son vəziyyət (VİDEO)

04 Fevral 2022 3 3 Dəfə oxundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda

Moderator.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTO

04 Fevral 2022 4 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.   Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.   Bildirilib ki,

Ann.az

Akademik: “Ulu öndərin Azərbaycanın milli sərvəti adlandırdığı AMEA tənəzzül dövrünü

04 Fevral 2022 3 7 Dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında baş verənlər cəmiyyətdə böyük rezonansa səbəb olub. Bir sıra insanlar, eləcə də AMEA strukturlarında

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email