Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Report.az
  3. Daşkəsəndə filiz yataqları kompleksinin ilkin qiymətləndirilməsi aparılır
 Daşkəsəndə filiz yataqları kompleksinin ilkin qiymətləndirilməsi aparılır
Report.az

Daşkəsəndə filiz yataqları kompleksinin ilkin qiymətləndirilməsi aparılır

06 İyul 2021 3 4 Dəfə oxundu

Fəaliyyətə əlvan metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifə və öhdəliklərlə başlayan “AzerGold”un bu 5 ildə fəaliyyət sahələri daha da genişləndirilib.

“Report”un məlumatına görə, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən “AzerGold”a göstərilən yüksək etimadın nəticəsi olaraq şirkətin səlahiyyətləri artırılıb: “Prezidentin Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının işlənməsi vəzifəsi də əlavə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət – “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Hazırda Daşkəsəndə regionun ən nəhəng dəmir filizi yataqları kompleksinin gələcəkdə işlənməsinə dair ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində fəal iş aparılır. Sahədə geoloji tədqiqatların beynəlxalq standartlara uyğun aparılmasının təmin edilməsi, mədən planlarının hazırlanması, yataqlar üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması istiqamətində beynəlxalq nüfuzlu şirkətin iştirakı ilə işlər aparılır”.

O qeyd edib ki, dəmir filizi yataqlarının istismarı ölkəmizdə metallurgiya sahəsinin inkişafına töhfə verməklə ölkənin qara metallurgiya məmulatlarının idxalından asılılığının azaldılmasına xidmət edəcək.

Z. İbrahimov həmçinin qeyd edib ki, ötən il ölkəmizdə aparılan davamlı struktur islahatları və iqtisadiyyatın səmərəliliyinin daha da artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “AzerGold” QSC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib: “Bununla Cəmiyyətin fəaliyyətində yeni bir mərhələ başlayıb. Heç şübhəsiz, bu qərar dağ-mədən sahəsində azad bazar münasibətlərinin hərtərəfli, dayanıqlı tərəqqisini, eləcə də yeni prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla QSC-nin inkişafını daha da sürətləndirəcək. Əminəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilə qarşılıqlı fəaliyyət nəticəsində Cəmiyyətin milli iqtisadiyyatımıza verdiyi töhfələr daha da artacaq”.

Mənbə – Report.az

Etiketlər: Sənaye
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Zakir İbrahimov: “Tutxun” sahəsi Şərqi Zəngəzurun inkişafına müsbət təsir edəcək”

03 Fevral 2022 0 2 Dəfə oxundu

Ötən il “AzerGold” QSC-nin “Tutxun” qızıl təzahürü sahəsində başlanılan ilkin tədqiqat işləri gələcəkdə təkcə Kəlbəcər deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi

Report.az

Prezident: “4-cü Sənaye İnqilabı artıq reallıqdır, geridə qalmamaq üçün bu

03 Fevral 2022 0 3 Dəfə oxundu

Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq. “Report” xəbər verir ki, bunu

Report.az

Azərbaycanın sənaye zonalarından 35-dən çox ölkəyə məhsul ixrac olunub

01 Fevral 2022 0 2 Dəfə oxundu

İndiyə qədər Azərbaycanın sənaye sonalarında istehsalı olunmuş 5,8 milyard manatlıq məhsulunun 1,7 milyard manatlıq hissəsi 35-dən çox ölkəyə ixrac olunub.

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email