
Bu müntəzəm marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil edilib.