Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Moderator.az
  3. Braziliyalı ictimai fəal “Cronimet” şirkətindən Oxçuçayın çirkləndirilməsinə son qoyulmasını tələb edib
 Braziliyalı ictimai fəal “Cronimet” şirkətindən Oxçuçayın çirkləndirilməsinə son qoyulmasını tələb edib
Moderator.az

Braziliyalı ictimai fəal “Cronimet” şirkətindən Oxçuçayın çirkləndirilməsinə son qoyulmasını tələb edib

07 İyul 2021 6 3 Dəfə oxundu
Braziliyada yaşayan və Azərbaycansevərliyi ilə fərqlənən ictimai fəal Andreia Hiromi ölkəmizin ərazisindən keçən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq Almaniyanın "Cronimet" şirkətinin Braziliyadakı nümayəndəliyinə müraciət edib.
 
Müraciətdə şirkətin ətraf mühitin qorunması kimi mühüm məsələdə məsuliyyətsiz davranış nümayiş etdirdiyinə diqqət cəlb edilib. Səhmlərinin böyük hissəsinin Almaniyanın "Cronimet" şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatının istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya buraxması və ekoloji standartlara riayət etməməsi nəticəsində Azərbaycan ərazisində flora və faunaya, eləcə də insan sağlamlığına böyük təhlükə yarandığı vurğulanıb.
 
Andreia Hiromi "Cronimet" şirkətini ekoloji cinayətə göz yummamağa, ətraf mühitin qorunmasına dair öhdəliklərini yerinə yetirməyə və Oxçuçayın çirkləndirilməsinə son qoymağa çağırıb. Eyni zamanda, Braziliyanın //brasiliainfoco.com xəbər saytında Ermənistan və Almaniya şirkətlərinin Azərbaycan ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda ekoloji cinayət törətməsi barədə məqalə yerləşdirilib.
 
Braziliyalı jurnalist Fabiana Ceyhanın qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dörd çaydan götürülmüş su nümunələri Almaniyanın SGS laboratoriyasında analiz edilib. Nəticədə 4 çayın hamısının Ermənistan tərəfindən əhəmiyyətli dərəcədə çirkləndirilməyə məruz qaldığı, Oxçuçayda isə ekoloji fəlakətin yaşandığı aşkarlanıb. Azərbaycan tərəfinin həmin şirkətlərin fəaliyyətinin dayandırılmasını tələb etdiyi nəzərə çatdırılıb.
 
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: //brasiliainfoco.com/ministerio-da-ecologia-e-recursos-naturais-do-azerbaijao-afirma-que-ha-4-rios-contaminados-quimicamente/
 
 

Mənbə – Moderator.az

Etiketlər: Cəmiyyət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Ann.az

Kəlbəcərdə son vəziyyət (VİDEO)

04 Fevral 2022 3 3 Dəfə oxundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda

Moderator.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTO

04 Fevral 2022 4 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.   Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.   Bildirilib ki,

Ann.az

Akademik: “Ulu öndərin Azərbaycanın milli sərvəti adlandırdığı AMEA tənəzzül dövrünü

04 Fevral 2022 3 7 Dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında baş verənlər cəmiyyətdə böyük rezonansa səbəb olub. Bir sıra insanlar, eləcə də AMEA strukturlarında

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email