Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Moderator.az
  3. “Biz istərdik ki, bu gün dəstək göstərdiyimiz ailə biznesləri də yüz illərlə davam etsin”
 “Biz istərdik ki, bu gün dəstək göstərdiyimiz ailə biznesləri də yüz illərlə davam etsin”
Moderator.az

“Biz istərdik ki, bu gün dəstək göstərdiyimiz ailə biznesləri də yüz illərlə davam etsin”

06 İyul 2021 3 6 Dəfə oxundu
Layihə Aİ-nın maliyyə dəstəyi ilə BMTİP tərəfindən ABAD-la birgə həyata keçirilib. Layihə çərçivəsində benefisiarlarla görüşlər keçirilib.
 
Layihənin baş eksperti Ülvi Bədəlovun Moderator.az-a müsahibəsini təqdim edirik.
 
– Ülvi bəy, layihə haqqında təəssüratlarınızı öyrənmək istərdik…
 
– Bu region çox perspektivli regiondur, lakin ölkədə kiçik sahibkarların maliyyələşmə imkanlarından istifadə, xırda biznes tərəfindən kredit alma üzrə daha çox çətinliklərlə üzləşdiyi bölgələrdən biridir. Ona görə də, bu regiona dəstək göstərilməsi mənə elə gəlir ki, 2017-2020-ci illərdə daha aktual idi. Burada layihədən yararlanan və öz kiçik biznesini qura bilən ailələr mənsub olduqları icmaya da çox dəstək verə bilirlər.
 
İcma üzvlərindən işçi qüvvəsi cəlb etmək, yerli təsərrüfatlardan xammal almaq, əlavə dəyər zənciri olaraq yeni məhsullar hazırlayaraq böyük şəhərlərin bazarlarına çıxarmaq çox böyük bir proses və çətin bir məsələdir. Qlobal statistikaya baxış keçirsək görərik ki, start up səviyyəsində dəstək alan bizneslərin təxminən iki faizi uğurlu olur. Biz çox məmnunuq ki, dəstək olduğumuz 44 ailə biznesinin hamısı uğurludur. Hazırda onların artıq satışları da var. Biz buna ona görə ailə biznesi deyirik ki, bu bizneslərin ailə nəzdində nəsildən-nəsilə ötürülməsinin əsasını qoyuruq. Azərbaycanın son 200 illik tarixi çox keşməkeşli olub və ailələr tərəfindən idarə olunan ticari zəncirlər qırılıb. Hazırda Cənub-Şərqi Asiya ölkələrində və Avropada 500-700 yaşı olan ailə şirkətləri var. Biz istərdik ki, bu gün dəstək göstərdiyimiz ailə biznesləri də yüzillərlə davam etsin və ölkəmizdə uğurlu ailə bizneslərinin təməli güclü, gələcəyi isə uğurlu olsun.
 
– Layihəyə başlayanda nə kimi problemlərlə qarşılaşdınız?
 
– Birinci olaraq inamsızlıq problemi. İstehsal və ticari fəaliyyət başlayan kiçik biznes nümayəndələrinin həm də mənəvi dəstəyə ehtiyacı var. Onları özünə inandırmaq lazımdır. İkinci, texniki problemlər. Bölgələrdə istehsal asan proses deyil. Üçüncü olaraq bazarlara çıxış problemi. Bu ona görə çətindir ki, logistik olaraq hələ də obyektiv problemlər var. Hər bir məhsulun bazara çatması müxtəlif rejimdə olur və individual yanaşma tələb edir. Əlavə olaraq, ailələrin istehsal həcmi kiçikdir. Kiçik həcmdə olan istehsalçılara isə böyük alıcılar az maraq göstərir. Deməli, istehsalçılar arasında kooperasiya və istehsal zəncirinin idarəedilməsi ən vacib ünsürlərdən biri kimi dəyərləndirilməlidir. Ən önəmli məsələlərdən biri də bu istehsal yerlərinin normativlərə uyğun qurulmasıdır. Biz bütün bu problemləri tərəfdaşlarımızın köməyi ilə həll etdik. Ona görə də bütün bu işlərlə məşğul olan dövlət və qeyri-dövlət qurumlarına təşəkkür edirəm.
 
– Bəzi insanlar var ki,  onlar ucqar bölgələrdə yaşayırlar və öz kiçik ailə bizneslərini qurmaqda çətinlik çəkirlər, yəni  bunu necə edəcəklərini, hardan başlayacaqlarını bilmirlər. Onlara nə tövsiyə edərdiniz?
 
– Mən onların hamısına bizim möhtəşəm tərəfdaşımız olan ABAD publik hüquqi şəxsinə müraciət etməyi tövsiyə edərdim. ABAD publik hüquqi şəxs Ailə Biznesinə Asan Dəstək deməkdir. Burada onlara ən asan yollarla dəstək göstərilir. Biz layihə iştirakçılarımız üçün ABAD-a uyğun olan ailə biznesləri yaradıb onlara təhvil vermişik və onlar artıq öz yollarını ABAD-çı olaraq davam etdirirlər. Bundan başqa, dövlət tərəfindən, habelə beynəlxalq qurumlar tərəfindən kifayət qədər dəstək proqlamları, layihələr müntəzəm olaraq həyata keçirilir. Bütün bu qurumlara müraciət edərək ətraflı məlumat əldə etmək olar. Məlumatlı sahibkar uğurlu sahibkardır. Bunun yaşla, cinslə heç bir əlaqəsi yoxdur. Layihəmizdə 60 yaşdan yuxarı sahibkarlar var və dəstək göstərdiyimiz ailə bizneslərinin 50%-i qadınlar tərəfindən idarə edilir. Əminəm ki, ölkəmizdə kiçik biznesin inkişafı, maliyyə bazarlarına çıxış, müxtəlif dəstək proqramları önümüzdəki illərdə daha da strukturlaşdırılmış, asanlaşmış bir proses olacaq. Bu istiqamətdə çox işlər görülür. Başlamaq üçün ən doğru gün isə elə bu gündür.
 
Leyla Şah

Mənbə – Moderator.az

Etiketlər: Cəmiyyət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Ann.az

Kəlbəcərdə son vəziyyət (VİDEO)

04 Fevral 2022 3 3 Dəfə oxundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda

Moderator.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTO

04 Fevral 2022 4 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.   Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.   Bildirilib ki,

Ann.az

Akademik: “Ulu öndərin Azərbaycanın milli sərvəti adlandırdığı AMEA tənəzzül dövrünü

04 Fevral 2022 3 7 Dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında baş verənlər cəmiyyətdə böyük rezonansa səbəb olub. Bir sıra insanlar, eləcə də AMEA strukturlarında

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email