Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Publika.az
  3. Beynəlxalq Kann Film Festivalı başladı
 Beynəlxalq Kann Film Festivalı başladı
Publika.az

Beynəlxalq Kann Film Festivalı başladı

07 İyul 2021 5 4 Dəfə oxundu

Fransada 74-cü Beynəlxalq Kann Film Festivalı başlayıb.

Amerikalı aktrisa Codi Foster Kann Film Festivalında “Qızıl Palma budağı” fəxri mükafatını qazanıb. Aktrisaya bu mükafatı İspaniyalı rejissor Pedro Almodovar təqdim edib.

Festivalın baş direktoru Tyerri Fremo bildirib ki, bu Fosterin Kann Film Festivalında qazandığı 9-cu mükafatıdır.

Publika.az “Sputnik”ə istinadla xəbərə görə, festival 6-17 iyul tarixləri arasında keçiriləcək. Festivalın builki münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edir. Festivalda yalnız həmin ölkə tərəfindən təsdiqlənmiş vaksini vurduran şəxslər iştirak edir. Bundan başqa, festivalda iştirak etmək istəyənlər, 48 saat əvvəl koronavirus (COVID-19) testindən keçməlidirlər.

Xatırladaq ki, film festivalı ötən il pandemiya səbəbindən təxirə salınmışdı.

Amerikalı Spayk Linin (Spike Lee) sədrlik edəcəyi münsiflər heyəti hələ açıqlanmayıb. Bu haqda ötən ay Kann festivalının səlahiyyətli nümayəndəsi Tyeri Fremo mətbuat konfransında bildirmişdi. Qeyd edib ki, “Kann premyeraları” (Cannes Premiers) adlı yeni seksiyanın yaradılması festival həyatında ilkdir. Bu seksiya artıq seçilmiş və təsdiqlənmiş kinorejissorlar üçün nəzərdə tutulur.


<!–

(adsgarden = window.adsgarden || []).push({});–>

Festivalda digər yenilik ətraf mühit məsələlərinə həsr edilmiş müvəqqəti xarakterli seksiya olacaq. Festival hələ aprelin ortalarında ətraf mühitə təsirlərin azaldılmasına yönələn bir sıra tədbirlər, eləcə də akkreditə olunmuş jurnalistlərin töhfələri ilə bağlı məlumat vermişdi.

Logistika məsələlərinə gəldikdə isə festivalın səlahiyyətli nümayəndəsi bildirib ki, COVID-19 epidemiyasının öhdəsindən hələ gəlinməyib. Ona görə virusun yayılmasının qarşısını almağa və çox ehtiyatlı olmağa çağırış edib.

O vurğulayıb ki, Kann festivalının “Qızıl Palma” ali mükafatı uğrunda mübarizəyə qatılacaq 24 filmdən 4-nün rejissoru qadındır.

Festival Leos Karaksın “Annette” filmi ilə açılacaq, bağlanış üçün sürpriz film gözlənilir. Ümumiyyətlə, münsiflər heyətinə rəsmi olaraq 61 film təqdim olunacaq.

Məlumat üçün bildirək ki, Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilib. Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) dünyanın ən məşhur kinofestivallarından biridir. Bu festival ənənəvi olaraq Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı “Qızıl Palma Budağı”dır. Lakin sonralar may ayında keçirilməyə başladı. Bundan başqa, “Qran-pri”, “Qızıl Kamera” mükafatları da həmin festivalın mükafatları sırasındadır.

Mənbə – Publika.az

Etiketlər: Art
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Publika.az

“Koroğlu” operası 62 il sonra yenidən lentə alındı

19 Sentyabr 2021 3 3 Dəfə oxundu

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası yenidən lentə alınıb. Publika.az xəbər verir ki, Azərbaycanın məşhur vokal ifaçısı, Əməkdar artist

Publika.az

“Koroğlu” operası 62 il sonra yenidən lentə alındı

19 Sentyabr 2021 1 3 Dəfə oxundu

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası yenidən lentə alınıb. Publika.az xəbər verir ki, Azərbaycanın məşhur vokal ifaçısı, Əməkdar artist

Publika.az

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu

19 Sentyabr 2021 1 4 Dəfə oxundu

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email