Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Trend.az
  3. Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında anlaşma memorandumu imzalanıb (FOTO)
 Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında anlaşma memorandumu imzalanıb (FOTO)
Trend.az

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında anlaşma memorandumu imzalanıb (FOTO)

05 İyul 2021 3 5 Dəfə oxundu

Bakı. Samir Əli – Trend:

İyulun 5-də Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Mühittin Özdemirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qəbul zamanı Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, qonağı səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət, həmçinin tarixi əhəmiyyətli Şuşa Bəyannaməsinin imzalanması nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Kamran Əliyev qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirmişlər. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirak etməsi iki ölkə arasında sıx bağların olmasının təzahürüdür.

Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Qonaqlara həmçinin, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Elmi-Məsləhət Şurasının yaradılması, onun fəaliyyət istiqamətləri, tərkibi, eləcə də Şuranın nəzdində prokurorluq, digər hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları, özəl sektorda çalışan şəxslər, tələbələr üçün korrupsiyaya qarşı mübarizə, etik dilemmalar, onların həlli yolları, düzgün davranış və s. məsələlərlə bağlı tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə Anti-korrupsiya Təlim Mərkəzinin təsis edilməsi barədə məlumat verilib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Mühittin Özdemir ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.

Mühittin Özdemir təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Görüş çərçivəsində ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında “Hüquq sahəsində tədris və tədqiqat fəaliyyəti ilə prokuror və prokuror vəzifəsinə namizədlərin təliminə yönəlmiş əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanıb.

Anlaşma memorandumunun imzalanmasından sonra nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olmuşlar. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyatmışdır.

Daha sonra qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş inzibati binasında yaradılmış şəraitlə tanış olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından maraqlanmış, həmçinin yeni inzibati binada yaradılmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət etmişlər.

Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Mühittin Özdemirin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Mənbə – Trend.az

Etiketlər: Gündəm
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Borclu abonent “Azərsu”nun əməkdaşını döydü

11 Fevral 2022

Mətbuat katibi SOCAR-ın vitse-prezidentinin müavini oldu

11 Fevral 2022

Bu ölkənin kralı koronavirusa yoluxdu

11 Fevral 2022

Bakıda 15 yaşlı qızı hamilə qoyan oğlanla bağlı MƏHKƏMƏ QƏRARI

11 Fevral 2022

“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb

11 Fevral 2022

“Mənə azad yaşamaq istədiyini dedi” – Arvadını güllələyən polis

10 Fevral 2022

Nəsli kəsilməkdə olan balıq ovlandı

10 Fevral 2022

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Oxşar Xəbərlər
Busaat.az

Prezident onları vəzifəsindən azad etdi

04 Fevral 2022 1 1 Dəfə oxundu

Xəbər verdiyimiz kimi, səhiyyə naziri Teymur Musayevə 3 yeni müavin təyin olunub. Bununla əlaqədar Azərbaycan Prezidenti daha əvvəlki nazir müavinlərini

Trend.az

Cəbrayılda dağıdılmış evdən 160 mina tapılıb (FOTO)

04 Fevral 2022 0 1 Dəfə oxundu

Bakı. Trend: Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar olunaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər

Trend.az

Səhiyyə nazirinin 4 müavini də işdən azad olundu

04 Fevral 2022 2 1 Dəfə oxundu

Bakı. Trend: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar. Trend Səhiyyə Nazirliyinə istinadən

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email