Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Marja.az
  3. "Bankların inkişafı üçün kredit bürosu kredit reyestrindən daha əhəmiyyətli olacaq" – MÜSAHİBƏ
 "Bankların inkişafı üçün kredit bürosu kredit reyestrindən daha əhəmiyyətli olacaq" – MÜSAHİBƏ
Marja.az

"Bankların inkişafı üçün kredit bürosu kredit reyestrindən daha əhəmiyyətli olacaq" – MÜSAHİBƏ

05 İyul 2021 4 4 Dəfə oxundu

Azərbaycanın ilk özəl kredit bürosunun 51%-lik səhmdarı – İslandiyanın “Creditinfo” şirkətinin biznesin inkişafı üzrə direktoru Paul Randel müsahibə verib:

– Təmsil etdiyiniz şirkət Azərbaycanın maliyyə bazarına hansı yenilikləri gətirəcək?

– “Creditinfo” ilk növbədə bu sahədə topladığı zəngin təcrübəni Azərbaycanda yerli şəraitə uyğunlaşdırmaqla tətbiq edəcək. Bəzi qonşu dövlətlər artıq bu təcrübədən faydalanıb. Biz daim işimizi təkmilləşdiririk, müasir texnologiyalardan istifadə edirik, yeni əlavə dəyər məhsulları yaradırırq. Məsələn, onlardan biri həyacan siqnalıdır ki, maliyyə xidmətlərinin göstərilməsində böyük əhəmiyyət kəsb edir.

– Bu məhsulun mahiyyəti nədir?

– Məsələn, hər hansı şəxs bir bankdan kredit götürür, bu zaman bağladığı kredit müqaviləsində digər banklarla münasibətlərinə dair müəyyən şərtlər nəzərdə tutulur. Əgər müştəri həmin şərtləri digər banklarda kredit götürən zaman pozarsa, dərhal həyacan siqnalı ilə ilk banka bu barədə məlumat verilir.

– Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nəzdində Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidməti mövcuddur və yerli banklar aktiv şəkildə onun xidmətindən istifadə edir. İlk özəl kredit bürosunun yaranması MKR arayışlarına tələbatı azalda bilərmi?

– MBNP özəl kredit büroları haqqında qanun layihəsinin hazırlanmasına, qəbuluna, ilk büronun təşkilinə aktiv şəkildə dəstək verib. Hesab edirəm ki, MKR xidməti Palatanın nəzarət funksiyalarının həyata keçirilməsində bundan sonra da vacib rol oynayacaq, daha çox bank nəzarəti mexanizmi kimi istifadə olunacaq. Bankların inkişafı, onların riskləri daha düzgün qiymətləndirməsi üçün isə kredit bürosunun fəaliyyəti daha çox əhəmiyyətli olacaq.

– Büro nə vaxt fəaliyyətə başlayacaq? Bu, kommersiya layihəsi kimi özünü nə dərəcədə doğruldandır? Lazımi infrastrukturun yaradılmasına çəkilən xərclər hansı müddətdə səhmdarlara geri qayıdır?

– Kredit büroları ilə qanunvericilik bazasının formalaşmasından sonra təxminən 6-12 ay lazımdır ki, büro fəaliyyətə başlasın. Onun yaradılmasına çəkilən xərcləri isə 3-5 ilə geri qaytarmaq mümkündür. Sevindirici haldır ki, bunun sayəsində xarici investorlar Azərbaycanın maliyyə bazarına yatırım edir.

– Azərbaycanın kredit təşkilatları MKR xidmətindən bir dəfə istifadəyə görə 1 manat ödəyir. Kredit bürosu üçün hansısa ilkin tariflər məlumdurmu?

– Tariflər barədə büronun təsis edilməsindən sonra danışa bilərik. Bununla bağlı qərarı Müşahidə Şurası və yaxud İdarə Heyəti qəbul edəcək. Hələlik onu deyə bilərəm ki, kredit bürosu kredit tarixçəsi də daxil olmaqla müxtəlif məhsul və xidmətlər təklif edəcək, buna uyğun olaraq müxtəlif tariflər tətbiq olunacaq.

Mənbə: Report

Mənbə – Marja.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 12 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 10 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 10 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email