
“Balakən Regional ABAD Mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına kəstək” layihəsi keçirilib
Layihənin bağlanış mərasimi 01-03 İyul tarixlərini əhatə edib.Layihə Aİ-nın maliyyə dəstəyi, BMTİP-nın dəstəyi, ABAD-ın dəstəyi ilə həyata keçirilib.Layihə çərçivəsində bir qrup media nümayəndələri benefisiarlarla görüşüb.
Elmir Mirəliyev Balakən rayonunda yaşayır və pendir istehsalı ilə məşğuldur:
Bizim müəssisəmiz daha öncədən çörək istehsalı ilə məşqul idi. Pendir istehsalına yeni başlamışıq. Məhsullarımız çox keyfiyyətlidir. 2 ay müddətində soyducuda saxlana bilər.Daha çox vegeterianlar bu məhsullardan istifadə edə bilərlər. Biz bu pendirləri qonşu ölkələrlə müqayisə etmişik, məsələn qardaş Türkiyədə eyni keyfiyyətdə olan pendirin satışı bizdən iki dəfə aşağıdır.
Məhsulumuz yenidir. İstehsal prosesində ABAD bizə xeyli köməklik göstərib və arzu edirik ki, məhsullarımızın bazara çıxarılmasında da öz dəstəyini bizdən əsirgəməyəcək.Gələcəkdə istehsal sahəmizi genişləndirmək istərdik. Təbii ki, böyük istehsal həcmi çoxlu sayda iş yerləri deməkdir.İstehsal etdiyimiz məhsuldan çox razıyıq və əminik ki, tez bir zamanda satış bazarımız formalaşacaq.
Vaqif Qurbanov Zaqatala rayonunda yaşayır və Qırqovul biznesi ilə məşğuldur.
Kiçik bir dükanım var idi və son aylar ərzində satış xeyli aşağı düşməyə başladı.Facebookda elanlara baxdım və ABAD-la bağlı paylaşımlar diqqətimi cəlb etdi.İnternetdən Bakı ofisi ilə əlaqə saxladım və onlar isə mənə Balakən regionuna müraciət etmək lazım olduğunu dedilər.O zaman mənim həyətimdə bir ədəd xoruzum üç ədəd isə fərəm var idi.Daha sonra onlar mənə zəng etdilər və necə əməkdaşlıq edə biləcəklərini izah etdilər.Növbəti mərhələdə əmək, logistika, qablaşdırma və sertifikatlaşdırma haqqında dərslər keçirdilər. Dərslər çox ciddi rejimdə keçirilirdi və iştirak etməyənlər kurslardan çıxarılırdı.Sonra isə mənə şəxsi təsərrüfatımı qurmaqda köməklik göstərdilər. İnkubatr verdilər və həyətimdə qəfəs tikdilər.Vergi işləri və s kimi məsələlərin həllində mənə köməklik göstərdilər və beləcə mən öz həyətimdə arzusunda olduğum Qırqovul biznesini qurmağa başladım.İndi isə həyətimdə 150 baş quş var və onları satışa çıxara bilirəm.Düşünürəm ki, konteynerə ehtiyacım var və əgər ona sahib olsam biznesimi daha da genişləndirə bilərəm.
Hüseyn Tariverdiyev Qax şəhərində yaşayır və şaftalı biznesi ilə məşğuldur.
Təxminən 15 ildir bu təsərrüfatla məşqulam. İşə başlayanda təsərrüfatımın həcmi çox kiçik idi, zamanla böyüməyə başladı. 30 hektar ərik və şaftalı bağım var.Bizim planlarımızda artıq indi də gələcək görünür.İnsan yaşadıqca onun arzuları və istəkləri də artır. Əgər bu olmasa o insan yerində saymış olar.Hazırda ABAD-a üzv təyin olunmuşuq.Şəxsi biznesimizə dövlət tərəfindən də xüsusi dəstək olunub. Bu da Azərbaycan dövlətinin öz inkişafının birbaşa olaraq vətəndaşlarla bağlılığının göstəricisidir.Həmçinin zamanla dövlətin verdiyi aşağı faizli kreditlərdən də yararlanmışam.Bu layihədə də iştirakımızı çox yüksək qiymətləndirirəm.Lakin arzu edərdik ki, bu dəstəkin həcmi daha da böyüsün. Məsələn 30 kubluq yardım olunursa bizə 300 kubluq yardım lazımdır. Necə deyərlər, bəy verən atın dişinə baxmazlar.Bir daha layihədə əməyi keçən hər kəsə təşəkkür edirəm.
İlyasov Novruz İlyas oğlu –xalça biznesi ilə məşğuldur. Kəlbəcər rayonu Zəylik kəndindən olan məcburi köçkündür. Hal-hazırda Şəki şəhərində yaşayır.
Kəlbəcərdən qaçqın düşəndə mənim cəmi 3 yaşım olub.2007-ci ilə qədər Şəmkir rayonunda yaşamışıq.2007-ci ildən bu günə kimi isə Şəki şəhərində yaşayırıq.2012-ci ildə isə Şəkinin məcburi köçkünlər qəsəbəsində bizə ev verdilər.Qarabağın ən qədim sənətlərindən biri olan xalçaçılıq sənətini öz evimizdə inkişaf etdiririk və bunu gələcəkdə ailə biznesinə çevirmək və genişləndirmək niyyətindəyik.Anam Kəlbəcərdə yaşayarkən xalça toxumağı çox yaxşı bacarırdı və evimizdə istifadə etdiyimiz xalçaları da anam toxuyurdu. Lakin müharibə və köçkünlük həyatı anamın arzularına zərbə vurduğu kimi sağlamlığına da zərbə vurdu. Biz Şəkiyə köçəndə anamın gözləri zəiflədiyi üçün o xalça toxuya bilmədi. Lakin bu proqram çərçivəsində mənim həyat yoldaşım təlimlərə qatıldı və indi bu qədim sənəti evimizdə çox uğurla icra edir. Artıq sifarişlərimiz də var.Təkcə həyat yoldaşımın xalça toxumağına baxmayaraq, biz ailəlikcə bu işə atılmışıq və onu inkişaf etdirməkdə çox maraqlıyıq.
Leyla Şah














