Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Publika.az
  3. Bəzi rayonlarda suvarma suyunun verilməsinə limit qoyulub
 Bəzi rayonlarda suvarma suyunun verilməsinə limit qoyulub
Publika.az

Bəzi rayonlarda suvarma suyunun verilməsinə limit qoyulub

06 İyul 2021 6 7 Dəfə oxundu

Bütün dünyada olduğu kimi, respublikamızda da qlobal istiləşmə ilə əlaqədar su ehtiyatlarının azalması müşahidə edilir.

Bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov deyib.

O bildirib ki, ölkədə su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-müəyyən paylanması və əsas əkinçilik bölgələrində torpaqların şoranlaşmağa meyilli olması qurumu zəruri tədbirlər görməyə sövq edib: “Hazırda bütün çətinliklərə baxmayaraq, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən kənd təsərrüfatı bitkilərinin tələbata uyğun olaraq vaxtında suvarma suyu ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Mingəçevir su anbarında ötən ilə nisbətən 1 milyard kubmetr su yığılıb. Lakin bizim əsas çətinliyimiz Araz su anbarının yerləşdiyi zonadadır. Bu çətinliklərin aradan qaldırılması üçün ASC tərəfindən respublikanın əsas su kanalları olan Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalında suyun bölüşdürülməsi tam nəzarətə götürülüb və hər bir rayona suyun verilməsi ilə bağlı limit qoyulub. Eyni zamanda, Kür çayının aşağı zonasında yerləşən Neftçala və Salyan rayonlarında yaranmış çətinliklərin aradan qaldırılması üçün Mingəçevir su anbarının aşağısında yerləşən nasos stansiyalarına limitlər qoyulub və buna ciddi riayət olunmaqla adıçəkilən rayonlara suyun verilməsi təmin olunub”.

Respublikada su ehtiyatlarının səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında komissiya yaradıldığını xatırladan qurum rəsmisi komissiyanın fəaliyyəti çərçivəsində səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.


<!–

(adsgarden = window.adsgarden || []).push({});–>

“Həmçinin, su itkilərinin qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri və cəmiyyətin yerli istismar idarələri ilə birlikdə ötən ildən başlayaraq su istifadəçiləri arasında suyun ədalətli bölüşdürülməsi üçün suvarma qrafikləri tərtib edilib. Su istifadəçiləri ilə razılaşdırılan bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilib. Su istifadəçiləri sayta daxil olaraq həmin qrafikə əsasən su növbələri barədə məlumat əldə edə bilərlər. Eyni zamanda, bu qrafiklər payızlıq və yazlıq əkin sahələri üçün də tərtib olunub. Respublikanın 53 regionu üzrə belə qrafiklər mövcuddur”.

Q.Kərimov onu da əlavə edib ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020 – 2022-ci illər üçün tədbirlər planının icrası çərçivəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq sudan nəzarətdənkənar istifadənin qarşısının alınması, inventarlaşmanın aparılması, uçotun təkmilləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə cəmiyyətin yerli istismar idarələri tərəfindən su obyektlərinə su götürən bütün qurğu və avadanlıqların monitorinqi aparılıb: “Su götürən obyektlər dəqiqləşdirilib və ETSN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə icazə alınması üçün müraciət olunub. Nəticədə cəmiyyət tərəfindən 996 ədəd nasos stansiyası və eyni zamanda, kanallar vasitəsilə götürülən su ilə bağlı icazə sənədi alınıb. Hazırda yeraltı su ehtiyatlarından istifadəyə dair icazə sənədlərinin hazırlanması üçün artezian və subartezianlar vasitəsilə götürülən suların müəyyən edilməsi üçün onların yerlərdə koordinatları müəyyənləşdirilib. Sugötürmə qabiliyyəti və il ərzində götürülən su barədə məlumatlar ESTN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub. Yaxın günlərdə həmin yeraltı su obyektlərindən götürülən su üçün də icazə sənədlərin alınması həyata keçiriləcək”.

Qurum rəsmisi bildirib ki, Arazboyu zonada su təminatında yaranan çətinliyin aradan qaldırılması üçün Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalı vasitəsilə Bəhramtəpə hidroqovşağına saniyədə 25 kub metrdən artıq suyun verilməsi təmin edilib: “Respublikada suvarılan torpaqlara xidmət edən 52 min kilometrə yaxın suvarma kanallarının 73 faizi torpaqməcralı, 5900 kilometri beton üzlüklü, 1514 kilometri nov kanalları, təqribən 6000 kilometrdən artığı isə qapalı boru kəmərləridir. Hər il cəmiyyətə ayrılmış vəsait hesabına su itkilərinə səbəb olan torpaqməcralı kanalların həcminin azaldılması üçün investisiya əsaslı təmir tədbirləri həyata keçirilir. Yeni nov kanalları çəkilir, beton üzlüklü kanalların yaradılması təmin edilir”.

Qulu Kərimovun sözlərinə görə, cari ildə payızlıq əkin üzrə suvarma başa çatdırılıb: “530 min hektardan artıq sahədə dənli bitkilər iki dəfədən artıq suvarma suyu ilə təmin edilib. Bundan əlavə, respublikanın strateji əhəmiyyətli məhsul istehsalında böyük rol oynayan pambıq 100 min hektardan artıq sahədə əkilib. Həmin ərazilərin birinci suvarılması başa çatdırılıb, hazırda ikinci, vegetasiya suvarılması həyata keçirilir. Bundan başqa, 400 min hektardan artıq yem bitkilərinin, 70 min hektara yaxın bostan bitkilərinin, 140 min hektardan artıq illik əkmələrin və 150 min hektara yaxın həyətyanı sahələrin suvarma işləri davam etdirilir”. (trend)

Mənbə – Publika.az

Etiketlər: Sosial
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

“Haalandın yoxluğuna yaxşı hazırlaşacağıq”

13 Fevral 2022

Zivədən paltar oğurlayan QADIN TUTULDU

13 Fevral 2022

Bakıda internat məktəbin pəncərələrini söküb apardılar

13 Fevral 2022

 Arvadını çəkiclə öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

13 Fevral 2022

Azərbaycanda DƏHŞƏTLİ QƏTLİN baş verdiyi ev – YENİ GÖRÜNTÜLƏR -YENİLƏNİB

13 Fevral 2022

Şəmkirdə baş verən dəhşətli qətllə bağlı RƏSMİ MƏLUMAT

13 Fevral 2022

Bakıda təcili yardım maşını AŞIB

13 Fevral 2022

Yas mərasimi keçirilən restoranın icarədarı HƏBS OLUNDU

13 Fevral 2022

Bakıda fontan başlıqlarını oğurlayanlar TUTULDU – VİDEO

13 Fevral 2022

Polisin yanında özünü bıçaqladı – AZƏRBAYCANDA

13 Fevral 2022

Oxşar Xəbərlər
Baku.ws

Güclü külək əsəcək, yağış və qar yağacaq –

03 Fevral 2022 0 2 Dəfə oxundu

Bakıda və Abşeron yarımadasında fevralın 5-də arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir

Baku.ws

Bakıda anası tərəfindən evə qapadılan uşaq eyvana çıxıb fəryad etdi

03 Fevral 2022 1 2 Dəfə oxundu

Bakının Yasamal rayonu Əsəd Əhmədov küçəsi 18 ünvanında ananın öz övladını evə qapadaraq onu saatlarla tək qoyması faktı qonşuları hiddətə

Baku.ws

Daşınmaz əmlaka çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ

03 Fevral 2022 1 4 Dəfə oxundu

Daşınmaz əmlaka dövlət reyestrindən çıxarış almaq üçün nə qədər vəsait ödəməliyəm? Dövlət rüsumu və xidmət haqqının məbləğini öncədən necə bilim?

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email