Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Oxu.az
  3. Bəzi rayonlarda suvarma suyunun verilməsinə limit qoyuldu
 Bəzi rayonlarda suvarma suyunun verilməsinə limit qoyuldu
Oxu.az

Bəzi rayonlarda suvarma suyunun verilməsinə limit qoyuldu

06 İyul 2021 2 6 Dəfə oxundu

Bütün dünyada olduğu kimi, respublikamızda da qlobal istiləşmə ilə əlaqədar su ehtiyatlarının azalması müşahidə edilir.

Modern.az xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov deyib.

O bildirib ki, ölkədə su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-müəyyən paylanması və əsas əkinçilik bölgələrində torpaqların şoranlaşmağa meyilli olması qurumu zəruri tədbirlər görməyə sövq edib:

“Hazırda bütün çətinliklərə baxmayaraq, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən kənd təsərrüfatı bitkilərinin tələbata uyğun olaraq vaxtında suvarma suyu ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Mingəçevir su anbarında ötən ilə nisbətən 1 milyard kubmetr su yığılıb. Lakin bizim əsas çətinliyimiz Araz su anbarının yerləşdiyi zonadadır. Bu çətinliklərin aradan qaldırılması üçün ASC tərəfindən respublikanın əsas su kanalları olan Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalında suyun bölüşdürülməsi tam nəzarətə götürülüb və hər bir rayona suyun verilməsi ilə bağlı limit qoyulub. Eyni zamanda, Kür çayının aşağı zonasında yerləşən Neftçala və Salyan rayonlarında yaranmış çətinliklərin aradan qaldırılması üçün Mingəçevir su anbarının aşağısında yerləşən nasos stansiyalarına limitlər qoyulub və buna ciddi riayət olunmaqla adı çəkilən rayonlara suyun verilməsi təmin olunub”.

“Həmçinin, su itkilərinin qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri və cəmiyyətin yerli istismar idarələri ilə birlikdə ötən ildən başlayaraq su istifadəçiləri arasında suyun ədalətli bölüşdürülməsi üçün suvarma qrafikləri tərtib edilib. Su istifadəçiləri ilə razılaşdırılan bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilib. Su istifadəçiləri sayta daxil olaraq həmin qrafikə əsasən su növbələri barədə məlumat əldə edə bilərlər. Eyni zamanda, bu qrafiklər payızlıq və yazlıq əkin sahələri üçün də tərtib olunub. Respublikanın 53 regionu üzrə belə qrafiklər mövcuddur”.

Q.Kərimov onu da əlavə edib ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020 – 2022-ci illər üçün tədbirlər planının icrası çərçivəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq sudan nəzarətdən kənar istifadənin qarşısının alınması, inventarlaşmanın aparılması, uçotun təkmilləşdirilməsi üçün təxirə salınmaz tədbirlər görülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə cəmiyyətin yerli istismar idarələri tərəfindən su obyektlərinə su götürən bütün qurğu və avadanlıqların monitorinqi aparılıb:

“Su götürən obyektlər dəqiqləşdirilib və ETSN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə icazə alınması üçün müraciət olunub. Nəticədə cəmiyyət tərəfindən 996 ədəd nasos stansiyası və eyni zamanda, kanallar vasitəsilə götürülən su ilə bağlı icazə sənədi alınıb. Hazırda yeraltı su ehtiyatlarından istifadəyə dair icazə sənədlərinin hazırlanması üçün artezian və subartezianlar vasitəsilə götürülən suların müəyyən edilməsi üçün onların yerlərdə koordinatları müəyyənləşdirilib. Sugötürmə qabiliyyəti və il ərzində götürülən su barədə məlumatlar ESTN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub. Yaxın günlərdə həmin yeraltı su obyektlərindən götürülən su üçün də icazə sənədlərin alınması həyata keçiriləcək”.

Qurum rəsmisi bildirib ki, Arazboyu zonada su təminatında yaranan çətinliyin aradan qaldırılması üçün Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalı vasitəsilə Bəhramtəpə hidroqovşağına saniyədə 25 kub metrdən artıq suyun verilməsi təmin edilib:

“Respublikada suvarılan torpaqlara xidmət edən 52 min kilometrə yaxın suvarma kanallarının 73 faizi torpaqməcralı, 5900 kilometri beton üzlüklü, 1514 kilometri nov kanalları, təqribən 6000 kilometrdən artığı isə qapalı boru kəmərləridir. Hər il cəmiyyətə ayrılmış vəsait hesabına su itkilərinə səbəb olan torpaqməcralı kanalların həcminin azaldılması üçün investisiya əsaslı təmir tədbirləri həyata keçirilir. Yeni nov kanalları çəkilir, beton üzlüklü kanalların yaradılması təmin edilir”.

Qulu Kərimovun sözlərinə görə, cari ildə payızlıq əkin üzrə suvarma başa çatdırılıb:

“530 min hektardan artıq sahədə dənli bitkilər iki dəfədən artıq suvarma suyu ilə təmin edilib. Bundan əlavə, respublikanın strateji əhəmiyyətli məhsul istehsalında böyük rol oynayan pambıq 100 min hektardan artıq sahədə əkilib. Həmin ərazilərin birinci suvarılması başa çatdırılıb, hazırda ikinci, vegetasiya suvarılması həyata keçirilir. Bundan başqa, 400 min hektardan artıq yem bitkilərinin, 70 min hektara yaxın bostan bitkilərinin, 140 min hektardan artıq illik əkmələrin və 150 min hektara yaxın həyətyanı sahələrin suvarma işləri davam etdirilir”.

Mənbə – Oxu.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 9 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email