Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. İqtisadiyyat
  3. “AzerGold”un yubiley tədbirində görkəmli alim Tofiq Həsənov ehtiramla yad edilib
 “AzerGold”un yubiley tədbirində görkəmli alim Tofiq Həsənov ehtiramla yad edilib
İqtisadiyyat Trend.az

“AzerGold”un yubiley tədbirində görkəmli alim Tofiq Həsənov ehtiramla yad edilib

05 İyul 2021 2 3 Dəfə oxundu

Bakı. Trend:

Xəbər verdiyimiz kimi bu gün “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) geologiya elminin və dağ-mədən sahəsinin inkişafında mühüm xidmətlər göstərmiş geoloqlarla görüş keçirilib.

Trend-in məlumatına görə, Cəmiyyətin fəaliyyətə başlamasının beşinci ildönümünə təsadüf edən görüşdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dağ-mədən sənayesinin hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas fəaliyyət sahələrindən biri olduğunu qeyd edib. Tədbirdə iştirak edən və Cəmiyyətin “Çovdar” qızıl, “Filizçay” polimetal yataqlarının kəşfi, eləcə də tədqiq edilməsinə töhfə vermiş görkəmli geoloqlar – Şahbəddin Musayev, Müzahim Piriyev, Ələkbər Əhmədov və digərlərinə minnətdarlıq ifadə olunub, həmçinin bu və digər yataqların kəşfi və tədqiqində böyük xidmətləri olmuş mərhum geoloqlarımız hörmətlə xatırlanıb. Bu xüsusda görüşdə “Filizçay” yatağının tədqiqində əvəzsiz xidmətləri olmuş dəyərli alim, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum Tofiq Abdulla oğlu Həsənov ehtiramla yad edilib.


Zakir İbrahimov Böyük Qafqazın cənub yamacında “Filizçay” polimetal yatağının plinsbax yaşlı olmasını müəyyən edən Tofiq Həsənovun geologiya elminə böyük töhfələr verdiyini qeyd edib. İdarə Heyətinin sədri “Filizçay” yatağında yayılan filiz daşıyıcı süxurların və filizləşmənin dəqiq yaşını ilk dəfə məhz T.Həsənov tərəfindən müəyyən edilməsinin həmin regionda yerləşən digər yataqların tədqiqi üçün də böyük imkanlar yaratdığını diqqətə çatdırıb. O, bu gün böyük fəxr hissi ilə adları çəkilən qocaman alimlərin başlatdığı uğurlu yolun onların davamçıları, yeni geoloq nəsili tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Mənbə – Trend.az

Etiketlər: İqtisadiyyat
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
azxeber.com İqtisadiyyat

“Kontakt” bütün sevənləri 50 %-dək endirimlərlə sevindirir – KAMPANİYA BAŞLADI

04 Fevral 2022 7 5 Dəfə oxundu

“Sevdiyim şəxsi xatırlamaq üçün xüsusi bir günə ehtiyacım yoxdu” desəniz belə ona qəlbinizin dərinliyindən qopan sevginizi mənalı bir hədiyyə şəklində

İqtisadiyyat Trend.az

Mark Zukerberq bir gündə 29 milyard dollar itirib

04 Fevral 2022 4 2 Dəfə oxundu

Bakı. Trend: Meta Platforms Inc-in (FB.O) səhmlərinin bir gündə rekord ucuzlaşması nəticəsində Mark Zukerberq cümə axşamı günü 29 milyard dollar

İqtisadiyyat Trend.az

Cənub Qaz Dəhlizi böhran şəraitində Avropanın böyük ümididir

03 Fevral 2022 2 8 Dəfə oxundu

Bakı. Ləman Zeyanlova – Trend: Fevralın 4-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclası keçiriləcək. Tədbirdə Avropa ölkələrindən, eləcə

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email