Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Oxu.az
  3. “AzerGold” beş il ərzində qızıl ixracından əldə etdiyi gəliri AÇIQLADI – FOTO
 “AzerGold” beş il ərzində qızıl ixracından əldə etdiyi gəliri AÇIQLADI – FOTO
Oxu.az

“AzerGold” beş il ərzində qızıl ixracından əldə etdiyi gəliri AÇIQLADI – FOTO

05 İyul 2021 10 5 Dəfə oxundu

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində geologiya elminin və dağ-mədən sahəsinin inkişafında mühüm xidmətlər göstərmiş geoloqlarla görüş keçirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata əsasən, Cəmiyyətin fəaliyyətə başlamasının beşinci ildönümünə təsadüf edən görüş öncəsi “AzerGold”un kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.

Görüşdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dağ-mədən sənayesinin hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas fəaliyyət sahələrindən biri olduğunu qeyd edib.

Tədbirdə iştirak edən və Cəmiyyətin “Çovdar” qızıl, “Filizçay” polimetal yataqlarının kəşfi, eləcə də tədqiq edilməsinə töhfə vermiş görkəmli geoloqlar – Şahbəddin Musayev, Müzahim Piriyev, Ələkbər Əhmədov və digərlərinə minnətdarlıq ifadə olunub, həmçinin bu və digər yataqların kəşfi və tədqiqində böyük xidmətləri olmuş mərhum geoloqlarımız hörmətlə xatırlanıb. Bu xüsusda görüşdə “Filizçay” yatağının tədqiqində əvəzsiz xidmətləri olmuş dəyərli alim, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum Tofiq Abdulla oğlu Həsənov ehtiramla yad edilib. Zakir İbrahimov Böyük Qafqazın cənub yamacında “Filizçay” polimetal yatağının plinsbax yaşlı olmasını müəyyən edən Tofiq Həsənovun geologiya elminə böyük töhfələr verdiyini qeyd edib. İdarə Heyətinin sədri “Filizçay” yatağında yayılan filiz daşıyıcı süxurların və filizləşmənin dəqiq yaşını ilk dəfə məhz T.Həsənov tərəfindən müəyyən edilməsinin həmin regionda yerləşən digər yataqların tədqiqi üçün də böyük imkanlar yaratdığını diqqətə çatdırıb. O, bu gün böyük fəxr hissi ilə adları çəkilən qocaman alimlərin başlatdığı uğurlu yolun onların davamçıları, yeni geoloq nəsili tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sədr, həmçinin dövlət şirkətinin 5 ildə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. İdarə Heyətinin sədri əlavə edib ki, 2016-cı ildə fəaliyyətə bir mədənin – “Çovdar” qızıl yatağının istismarından başlayan Cəmiyyət hazırda iki mədəndə hasilat işləri aparır.

Qısa dövrdə “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olunub. Ümumilikdə Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqlar qrupu, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir. Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır.

Zakir İbrahimov tək bir mədənin, Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənin istismarı nəticəsində bugünədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edildiyini qeyd edib. Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu bildirən sədr bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını vurğulayıb. Z.İbrahimov “AzerGold”un bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcəyi haqqında da məlumat verib.

Tədbirin sonunda “AzerGold” QSC-nin 5 illik yubileyi münasibətilə bu illər ərzində Səhmdar Cəmiyyətlə fəal əməkdaşlığına görə qocaman geoloqlara təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Mənbə – Oxu.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 9 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email