Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Anews.az
  3. “Azercell”in səyyar klinikaları təmənnasız xidmət göstərməkdə davam edir
 “Azercell”in səyyar klinikaları təmənnasız xidmət göstərməkdə davam edir
Anews.az

“Azercell”in səyyar klinikaları təmənnasız xidmət göstərməkdə davam edir

06 İyul 2021 1 5 Dəfə oxundu

2021-ci ilin ikinci rübündə 400-dən çox xüsusi qayğıya ehtiyacı olan şəxs müayinə və müalicə olunub.
“Azercell Telekom” MMC-nin Səyyar Diş və Göz Klinikaları son üç ayda bütün təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaqla 400-dən çox aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan şəxsə xidmət göstərib.
Belə ki, “Azercell”in Səyyar Diş Klinikasında bu ilin ikinci rübü ərzində 166 nəfərə təmənnasız tibbi yardım göstərilib. Aprel ayında klinikanın həkimləri Suraxanı rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladlarını (46 nəfər) müalicə və müayinə ediblər. May ayında Masazır qəsəbəsindəki 56 saylı Kəlbəcər tam orta məktəbinin 50-yə yaxın şagirdi müayinədən keçib. İyun ayında isə Gürgən qəsəbəsində xidmətdə olan klinikada 71 uşağın diş problemi aradan qaldırılıb. Ümumilikdə bu ilin ilk yarısında Azercell-in Səyyar Diş Klinikasında 218 nəfər müalicə alıb.
Hesabat dövründə Azercell-in Səyyar Göz Klinikası da öz növbəsində oftalmoloji problemləri olan şəxslərə yardımını əsirgəməyib. Son 3 ayda Azərbaycanın müxtəlif bölgələrinə səyahət edən klinikanın həkimləri 267 nəfərə kömək göstəriblər. Təkcə iyun ayında 120 xəstə (93 böyük, 27 uşaq) pulsuz müayinə və müalicə olunub. Onlar arasında şəhid və qazi ailələrinin üzvləri, aztəminatlı ailələrin uşaqları, uşaq və gənclər təşkilatlarının üzvləri də var.
2021-ci ilin əvvəlindən bu günədək klinikanın həkimləri tərəfindən göz problemi olan 372 nəfərə (230 böyük, 142 uşaq) yardım edilib. Bu müddət ərzində klinikanın heyəti Bakı ilə yanaşı, Sumqayıt, Pirallahı və Zirə qəsəbələri, Quba, Ucar, Kürdəmir rayonu, Siyəzən rayonları, Xudat şəhərində səyyar şəkildə xidmət göstərib.
Beləliklə, Azercell-in Səyyar Klinikaları bu il ərzində ümumilikdə 600-ə yaxın şəxsə ödənişsiz tibbi xidmət təqdim edib. Qeyd edək ki, “Azercell Telekom” MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən səyyar klinikalar “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

www.anews.az

Bizi sosial şəbəkələrdə izləyin !

Etiketlər: Cəmiyyət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat

04 Fevral 2022 7 3 Dəfə oxundu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi anası tərəfindən evdə tək buraxılan azyaşlı uşaqla bağlı məlumat yayıb. Dövlət Komitəsinin

Anews.az

17 ildir təqaüd alırmış, xəbəri yoxdur – VİDEO

04 Fevral 2022 2 3 Dəfə oxundu

Bakıda pensiya yaşı tamam olan qadın qəribə hadisə ilə qarşılaşıb. “Ölkə.az” İTV-yə istinadən xəbər verir ki, qadın yaşa görə təqaüd

Anews.az

Bakı məktəbində şagirdlər partanı yandırdılar – VİDEO

04 Fevral 2022 3 4 Dəfə oxundu

Bakının Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən 306 nömrəli tam orta məktədəbdə təhsil alan şagirdlər sinif otağındakı stuldan əyləncə vasitəsi

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email