Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Baku.ws
  3. Azərbaycanlı müğənnilərin hobbiləri: “Arada fəlsəfə ilə də məşğul oluram” – FOTO
 Azərbaycanlı müğənnilərin hobbiləri: “Arada fəlsəfə ilə də məşğul oluram” – FOTO
Baku.ws

Azərbaycanlı müğənnilərin hobbiləri: “Arada fəlsəfə ilə də məşğul oluram” – FOTO

06 İyul 2021 1 6 Dəfə oxundu

Hobbi sadəcə əyləncə vasitəsi deyil, həm də çox faydalı məşğuliyyətdir. Hər kəsin mütləq hobbisi vardır və hər bir insan həyatı boyunca onu etmək üçün müəyyən vaxt ayırmağa çalışır.

İnsanlar arasında xarici dil öyrənmək, bəzi kompüter oyunları, kitab oxumaq, rəsm çəkmək, musiqi alətində ifa etmək kimi hobbilər daha geniş yayılıb.

Bu məşğuliyyətlərin böyük əksəriyyəti incəsənət aləminə aid olduğundan üz tutduq məşhur müğənnilərimizə…

BAKU.WS komandası olaraq onların hobbilərinin nə olduğunu və asudə vaxtlarını necə keçirdiklərini öyrəndik.

Bu haqda BAKU.WS-ə müsahibə verən müğənni Sevda Yahyayeva hobbisinin kitab oxumaq və idman etmək olduğunu bildirib:

“Mütaliyəni, kitab oxumağı sevirəm. Sonuncu oxuduğum Böyük Britaniyalı şair və dramaturq Uilyam Qoldinqin “Milçəklər Tanrısı” kitabıdır. İdmanı da çox sevirəm. Boş vaxtlarımda dəniz kənarı bulvarda 10-15 kilometr yürüşə çıxıram”.

Mövzu ilə bağlı BAKU.WS–ə danışan Xalq artisti Miri Yusif asudə vaxtlarında sadəcə idman etdiyini deyib:

“Kitab oxumaq, musiqi dinləmək mənim işimdir. Asudə vaxtlarımda isə zala gedərək çoxlu idmanla məşğul oluram”.

Müğənni Murad Arif isə hobbisinin sadəcə kitab oxumaq və film seyr etməkdən ibarət olduğunu qeyd edib.

BAKU.WS-ə müsahibə verən müğənni Eldar Qasımov son bir ildir asudə vaxtlarında ispan dili öyrəndiyini deyib:

“Düşünürəm ki, hobbi fəsildən asılı olaraq dəyişir. Məsələn hazırda yay mövsümüdür. Bağda olanda daha çoxlu kitablar oxuyuram. Dillərə meyilli olduğumdan son bir ildir ispan dili öyrənirəm. Bir proqram var. Hələ ki, dili onun vasitəsilə öyrənirəm. Artıq bir müddətdən sonra kursa yazılacam”.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan verən gənc müğənni Çingiz Mustafayev son bir ildir gecə-gündüz yaradıcılıqla məşğul olduğunu, asudə vaxtının olmadığını bildirib:

“Axır bir ildir özümü sadəcə yaradıcılığa həsr etmişəm və onunla məşğul oluram. Bir az boş vaxtım olan kimi musiqiyə üstünlük verirəm. Arada fəlsəfə ilə də məşğul oluram”.

Mövzu ilə bağlı BAKU.WS-ə müsahibə verən müğənni Dilarə Kazımova isə daha çox yoqa və idmanı sevdiyini, onlarla məşğul olduğunu deyib:

“Daha çox yoqanı və idmanı sevirəm. Asudə vaxtım olanda onu yaxşı dəyərləndirməyə çalışıram. Boş vaxtımı ya bölgələrimizdə ya da evimizdə keçirirəm. Kitab oxumaq gözəl filmlər izləmək hobbilərim sırasındadır.

Çalışıram ki, həyatda hər şeydən zövq alıram. Mahnıları yazıram. Fotosessiya, klip haqqında fikirləşirəm”.
BAKU.WS-ə danışan müğənni Xuraman Şuşalı isə boş vaxtlarında dizayn işi ilə məşğul olduğunu və müxtəlif aksessuarlar hazırladığını bildirib:

“Güllərdən və müxtəlif rəngli muncuqlardan aksessuarlar hazırlayıram. Övladlarımın sadə geyimləri ayaqqabıları və paltarları üzərində müxtəlif formalı naxışlar düzəldirəm. Əslində dizayn işinə əvvəl hobbi olaraq başladım. Daha sonra bunu işə çevirdim”.

BAKU.WS-ə müsahibə verən müğənni Elton Hüseynəliyev isə hobbisinin futbol oynama və dini kitablar oxumaq olduğunu bildirib:

“Vaxtımı qrafik əsasında yönləndirmişəm. Asudə vaxtlarımda futbol oynayıram, sevdiyim alim Bədiüzzaman Səid Nursinin kitablarını oxuyuram.

Hazırda isə yay fəsili olduğundan hərdən bir ailəmlə birlikdə təbiət qoynuna dincəlməyə gedirəm. Amma mənim üçün studiyada mahnılar üzərində işləmək də bir növ istirahətdir”.

BAKU.WS

Mənbə – Baku.ws

Etiketlər: Şou-biznes
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Baku.ws

Azərbaycanlı müğənni mədəsindən əməliyyat olundu – FOTO

04 Fevral 2022 1 1 Dəfə oxundu

Müğənni Nurlan Əzizbəyli əməliyyat olunub. Bu haqda BAKU.WS-ə danışan sənətçi, mədəkiçiltmə əməliyyatı keçirdiyini bildirib: “Əməliyyat olunmuşam. Mədəkiçiltmə əməliyyatı keçirdim. Gündən-günə

Baku.ws

Nura Suri: “Arada kirpi kimi oluram”

04 Fevral 2022 1 4 Dəfə oxundu

“Dünənki mənlə bugünkü mən arasında çox fərq var. Özümü hər gün tərbiyə edirəm. Səbir etməyi öyrənmişəm. Əgər dünən biri yanımda

Baku.ws

Azərbaycanda bu müğənnilər şantaj olunub – 1000 manat istənilib…

03 Fevral 2022 0 6 Dəfə oxundu

Ötən ildən axtarışda olan, Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən​ iş adamı, bloger Maqsud Mahmudovun tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email