Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Fins.az
  3. Azərbaycanlı alim “Delta” ştammının əsas təhlükəsindən DANIŞDI
 Azərbaycanlı alim “Delta” ştammının əsas təhlükəsindən DANIŞDI
Fins.az

Azərbaycanlı alim “Delta” ştammının əsas təhlükəsindən DANIŞDI

05 İyul 2021 7 5 Dəfə oxundu

“Delta” virusa yoluxan şəxslərin 40-50 faizi hər iki peyvəndi almış şəxslərdir. Maraqlı məqam isə həmin şəxslərin hansı peyvəndi almalarıdır. 

Bunu Almaniyanın Köln şəhərində yaşayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, koronovirusun “Delta” variantına yoluxmanın sürətlə artması onu göstərir ki, virusun yoluxduruculuq qabiliyyəti daha əvvəlki variantlarından yüksəkdir:

“Koronavirusun “Delta” variantı ilə bağlı Danimarkadan və İngiltərədən elmi əsaslı statistik məlumatlar var. İngiltərənin elmi əsaslı statistikalarına əsasən, hər həftə ötən həftəyə nisbətən yoluxma saylarında 50 faiz artım müşahidə edilir. Amma bu variantın yoluxduruculuq qabiliyyətinin faiz etibarı ilə nə qədər yüksək olduğunu demək üçün əlimizdə kifayət qədər elmi əsaslı məlumatlar yoxdur. Bu istiqamətdə aparılan elmi tədqiqat işləri də bitmək üzrədir.

Digər məqam isə ikinci yoluxduruculuq əmsalıdır. Məsələn, ev şəraitində bir insan “Delta” virusuna yoluxub və qapalı məkana daxil olur. Hələ bəlli deyil ki, o insan ətrafında olan insanların neçə faizini bu virusa yoluxduracaq. Koronavirusun “Delta” variantının yoluxdurma əmsalı bu mənada “Britaniya ştamm”ından da yüksəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, canlı ünsiyyətlər təhlükəlidir. Bildiyimiz qızıl qaydalara yenidən ciddi riayət etməliyik, yenidən sərtləşdirilmiş karantin rejimləri tətbiq edilməlidir”.

N.Abdullayev virusun “Delta” variantının ölkəmizdə aşkarlanacağı təqdirdə ondan necə qorunmalı olduğumuz barədə də məlumat verib:

“Bu virusun elə bir variantı deyil ki, heç bir şəkildə onun qarşısının alınması yolları olmasın. Bizim bu günə qədər bildiyimiz qızıl qaydalar – tibbi maskadan istifadə, gigiyenik normalara ciddi surətdə əməl etmək və sosial məsafənin qorunması virusdan qorunmaq üçün ilkin qabaqlayıcı tədbirlərdir.

Eləcə də peyvəndlərlə bağlı da fərqli nəticələr var. Başa düşmək lazımdır ki, əsas təhlükə canlı ünsiyyətdir və sərt karantin rejiminin yenidən tətbiqidir”.

“Peyvəndlərlə bağlı isə ekspertlər tərəfindən rəy verilməmiş bir tədqiqat var. Digər tədqiqatlar başlayıb lakin, hələ ki tamamlanmayıb. Tədqiqat peyvənd alan şəxslərin virusun “Delta” variantından nə qədər qorunacağı ilə bağlıdır. Amma elmi tədqiqatlar bitməsə də əlimizdə kifayət qədər məlumatlar var. İsrailə nəzərə sala bilərik, onu populyasına görə Azərbaycanla müqayisə etmək olar. İsrailin rəsmi məlumatına görə, qeydə alınan yeni yoluxmaların böyük bir hissəsini koronovirusun “Delta” variantı təşkil edir. “Delta” virusa yoluxan şəxslərin 40-50 faizi hər iki peyvəndi almış şəxslərdir. Maraqlı məqam isə həmin şəxslərin hansı peyvəndi almalarıdır. Onu da qeyd edim ki, İsrail əhalisinin böyük əksəriyyəti “Pfizer” peyvəndi vasitəsilə vaksinasiyadan keçib.

Digər maraqlı məqamlar isə yoluxmanın vaksinasiyadan nə qədər sonra aşkarlanması və s. məsələlərdir. Peyvəndin gözlənilən effektivliyinin virusun “Delta” variantında müəyyən qədər aşağı düşür. Bu da özünü ekspertlərin hələ rəy vermədiyi elmi tədqiqatlarda göstərir.

İndoneziyada “Sinovac” peyvəndinin hər iki dozasını almış şəxslərin yenidən virusun “Delta” variantına yoluxmasına rast gəlinir. Bu peyvəndin hazırlanması və s. digərlərindən fərqlənir. Bütün bunları nəzərə alaraq bir neçə ölkədə artıq vaksinin üçüncü dozasının vurulması ilə bağlı müəyyən qərarlar qəbul olunmaq üzrədir. Burada da müvafiq ölkələr üçün peyvəndlər seçilir. Azərbaycan üçün önəmli olan isə daha effektiv peyvənd seçilməsidir. Eyni zamanda insanlara vaksinin üçüncü dozasının vurulmasının vacibliyi və zərurəti barədə məlumatlar verilməlidir”.

© oxu.az

Mənbə – Fins.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 9 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email