Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Report.az
  3. Azərbaycanın İsveçdəki səfiri ölkəmizin “Avro-2020”nin oyunlarına ev sahibliyinə kölgə salmağa çalışanları ifşa edib
 Azərbaycanın İsveçdəki səfiri ölkəmizin “Avro-2020”nin oyunlarına ev sahibliyinə kölgə salmağa çalışanları ifşa edib
Report.az

Azərbaycanın İsveçdəki səfiri ölkəmizin “Avro-2020”nin oyunlarına ev sahibliyinə kölgə salmağa çalışanları ifşa edib

06 İyul 2021 3 3 Dəfə oxundu

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov ölkəmizin “Avro-2020”nin oyunlarına ev sahibliyi etməsinə kölgə salmağa çalışanları ifşa edib.

“Report” xəbər verir ki, İsveçin ən nüfuzlu gündəlik “Svenska Dagblaget” qəzeti ölkəmizə qarşı qərəzli mövqenin əks olunduğu “Futbol üzrə Avropa çempionatının dörddəbir finalı təbliğat mənzərəsinin tərkib hissəsidir” sərlövhəli qərəzli məqaləyə Azərbaycan səfiri Zaur Əhmədovun cavab yazısını dərc edib.

Avropanın dırnaqarası demokratiyalarının 10 milyonluq Azərbaycan xalqının guya Avropanın böyük idman turnirinə ev sahibliyi etmək hüququna layiq olmaması ilə bağlı iftiraları ilə üzləşməkdən təəssüfünü bildirən Zaur Əhmədov ölkəmizə qarşı növbəti əsassız ittihamlarla dolu belə yazılarda yol verilən ayrı-seçkiliyin qəbuledilməz olduğunu bildirib.

“Ayrı-seçkilik xarakteri daşıyan əvvəlki yazı Azərbaycanın UEFA-nın üzvü olması, onun milli komandasının və klublarının qurumun himayəsi altında keçirilən müxtəlif yarışlarda müntəzəm çıxış etdiyini nəzərə almır. Məsələn, Azərbaycanın “Qarabağ” futbol klubu son 7 ildə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində çıxış edib. İdman təsisatı olaraq UEFA-nın bəzi Avropa dairələrinin sırf siyasi və islamofob münasibətini nəzərə almaması tam normaldır”, – deyə məqalədə bildirilir.

Qeyd olunur ki, Azərbaycana qarşı qərəzli ifadələrin istifadəsinə heç bir halda bəraət qazandırıla bilməz. Belə ifadələrin işlədilməsi, habelə dünyanın gündən-günə daha çox ehtiyac duyduğu mədəniyyət və dinlər arasında dialoqun təşviqi ilə bağlı xalqların ümumi məqsədlərinə xidmət etmir.

Sonda səfir Zaur Əhmədov diqqətə çatdırır ki, Avropanın idman və mədəni tədbirlərinin təşkilində iştirak heç bir halda təbliğat kimi qiymətləndirilə bilməz. Heç kəs unutmamalıdır ki, belə tədbirlərin əksəriyyəti məhz Avropa İttifaqı ölkələrində keçirilir.

Mənbə – Report.az

Etiketlər: Xarici siyasət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Sabah bu ərazilərə qar yağacaq – PROQNOZ

17 Fevral 2022

Tanınmış müğənni yaxınının ÖLÜM xəbərini jurnalistdən eşitdi – ŞOKDA

17 Fevral 2022

“Xocalı üçün paylaş” kampaniyası SOSİAL ŞƏBƏKƏLƏRDƏ

17 Fevral 2022

Zamanın vazkeçilməz ayaqqabıları: Möhtəşəm kombinlər – FOTO

16 Fevral 2022

Van Dammın oğlu həyat yoldaşını belə təbrik etdi – FOTO

16 Fevral 2022

“Tik-tok”da avtoş videolarını paylaşan həbs olundu – VİDEO

16 Fevral 2022

Azərbaycanın BU RAYONLARI ləğv olundu

16 Fevral 2022

Bakıda polisə silahlı müqavimət göstərən şəxs məhv edildi

16 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

ABŞ-dakı Azərbaycan icmasının problemləri müzakirə olunub

04 Fevral 2022 3 3 Dəfə oxundu

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Nyu-York şəhəri və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının fəalları ilə görüş keçirilib. “Report”un yerli bürosu

Report.az

Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət olunub

04 Fevral 2022 0 3 Dəfə oxundu

Ukrayna Xarici İşlər Nazirliyinə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a

Report.az

Azərbaycan səfiri Pakistan Hərbi Dəniz Qüvvələri komandanı ilə görüşüb

03 Fevral 2022 0 3 Dəfə oxundu

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan Hərbi Dəniz Qüvvələri komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb. Bu barədə “Report”a

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email