Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycanda taxılın sığorta məbləği açıqlanıb
 Azərbaycanda taxılın sığorta məbləği açıqlanıb
İqtisadiyyat Trend.az

Azərbaycanda taxılın sığorta məbləği açıqlanıb

06 İyul 2021 7 3 Dəfə oxundu

Bakı. Samir Əli – Trend:

Aqrar Sığorta Fondu Azərbaycanda 1 hektar taxıl sahəsini yanğından sığortalanma qiymətini açıqlayıb.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdə olan yanğınlar taxıl və digər əkinləri də əhatə edir. Eləcə də, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları əkinlərə də zərər vurur.

Aqrar Sığorta fondu fermerlərə və iş adamlarına xatırladır ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri sərfəli şərtlərlə, 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür. Nəticədə iş adamları cüzi məbləğ ödəməklə öz sahələrini bütün əsas risklərdən və təbiət hadisələrindən sığorta edə bilərlər.

Aqrar sığorta tariflərinə əsasən 1 hektar taxıl (buğda-arpa) sahəsini yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı:

Qarabağda 10 manat

Şəki-Zaqatalada 16-17 manat

Lənkəran regionunda 7 manat

Dağlıq Şirvan bölgəsində 11-12 manat

Aran rayonlarında 8 manat

Quba-Xaçmaz bölgəsində 7 manat

Gəncə-Qazax zonasında 24-25 manat

Abşeron bölgəsində 7 manatdır.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Mənbə – Trend.az

Etiketlər: İqtisadiyyat
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
azxeber.com İqtisadiyyat

“Kontakt” bütün sevənləri 50 %-dək endirimlərlə sevindirir – KAMPANİYA BAŞLADI

04 Fevral 2022 7 5 Dəfə oxundu

“Sevdiyim şəxsi xatırlamaq üçün xüsusi bir günə ehtiyacım yoxdu” desəniz belə ona qəlbinizin dərinliyindən qopan sevginizi mənalı bir hədiyyə şəklində

İqtisadiyyat Trend.az

Mark Zukerberq bir gündə 29 milyard dollar itirib

04 Fevral 2022 4 2 Dəfə oxundu

Bakı. Trend: Meta Platforms Inc-in (FB.O) səhmlərinin bir gündə rekord ucuzlaşması nəticəsində Mark Zukerberq cümə axşamı günü 29 milyard dollar

İqtisadiyyat Trend.az

Cənub Qaz Dəhlizi böhran şəraitində Avropanın böyük ümididir

03 Fevral 2022 2 8 Dəfə oxundu

Bakı. Ləman Zeyanlova – Trend: Fevralın 4-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclası keçiriləcək. Tədbirdə Avropa ölkələrindən, eləcə

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email