Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Marja.az
  3. Azərbaycanda ABŞ dollarının bahalaşması tədricən dayana bilər
 Azərbaycanda ABŞ dollarının bahalaşması tədricən dayana bilər
Marja.az

Azərbaycanda ABŞ dollarının bahalaşması tədricən dayana bilər

05 İyul 2021 5 4 Dəfə oxundu

Azərbaycanda ABŞ dollarının məzənnəsinin qalxmasına qarşı inzibati məhdudiyyətlər davam edə bilər.

Bazarı müdəmadi izləyən iqtisadçı Vüsal Əliyarov “Marja”ya bildirdi ki, ABŞ valyutasının bahalaşmasının qarşısının alınması üçün banklara qarşı atılan növbəti inzibati addımlardan biri manat qıtlığı şəraitində tədricən dollar alışına məhdudiyyət tətbiq edilməsi ola bilər. Banklar müvəqqəti olsa belə dollar satmadıqları kimi, müəyyən dövrlər üçün tədricən dollar almaya bilər və ya daha kiçik məbləğlərdə ala bilərlər. Belə olan halda da vətəndaşlar iri məbləğdə dollar vəsaitlərini dərhal və çevik olaraq sata bilməyəcəklər.

“Tutaq ki, banklar əhalidən 500 dollardan artıq məbləğdə dollar almayacaqlar. Gəlir əldə etmək məqsədilə vaxtilə aşağı məzənnə ilə dollar alan insanlar məzənnə pik həddə çıxıb geriləməyə başlayanda dollarlarını qısa zamanda satıb qazanc götürə bilməyəcəklər. Cari  xərclərin manatdadırsa cari vəsaitlərini də manatda saxlamaq məcburiyyətində qalacaqsan. Əks halda dolları daha ucuz, yəni aldığın qiymətdən aşağı qiymətə sata bilərsən”.

Qeyd edək ki, bankların dollar almaq üçün manatları da tükənir. Mərkəzi Bank izafi manat kütləsini dövriyyədən yığdığından dollar qıtlığı ilə bərabər manat kütləsi də azdır. Buna görə, banklar hər bir vətəndaşdan daha az dollar ala bilərlər.

Bu ssenari reallaşarsa limitlə dollar satan və ya ümumiyyətlə dollar satmayan banklar limitlə dollar almaqla artıq “qara bazar”a daha çox dollar ötürə bilməyəcək və ya bu prosesdə maraqlı olmayacaqlar. İddia olunur ki, “qara bazar”a dollar banklar tərəfindən ötürülür.  Əhali əvəllər aşağı məzənnə ilə aldığı dollarlarını satmaq və qazanc əldə etmək üçün kütləvi surətdə “qara bazar”a üz tutduğundan manat qıtlığı şəraitində dollar təklifi arta və tədricən dolların məzənnəsi müvəqqəti olsa belə aşağı düşməyə başlaya bilər.

İlin sonunda vergi və digər ödənişlər artdığından adətən manata təlabat artır. Həmçinin ilin ilk aylarında idxal xeyli aşağı düşdüyündən dollara təlabat azalır. Bütün bu faktorları əsas tutaraq, dolların bahalaşmasının yaxın zamanlarda tədricən dayanacağını gözləmək olar.

Mənbə – Marja.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 6 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 5 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 6 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email