Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Report.az
  3. Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır
 Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır
Report.az

Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır

06 İyul 2021 2 3 Dəfə oxundu

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirilmək məqsədilə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) yaradılır.

Pakistanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, İqtisadi Əməkdaşlıq Palatasının açılış mərasimi iyulun 7-də baş tutacaq.

Palatanın əsas məqsədlərinə Pakistan və Azərbaycanı investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanıtmaqla yanaşı, iki ölkə arasında ticarət və investisiya qoyuluşlarının asanlaşdırılması və genişləndirilməsi, bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsinin dəstəklənməsi və təşviq edilməsi, iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edəcək yenilikçi düşüncə sahiblərinin təhsilinə və intellektual inkişafına dəstək verilməsi, ortaq iş maraqlarının inkişaf etdirilməsi, eləcə də Pakistan və Azərbaycanın digər ticarət otaqları ilə sıx əməkdaşlıq daxildir.

Səfirlikdən bildiriblər ki, İqtisadi Əməkdaşlıq Palatasının ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün daimi platforma rolunu oynayacaq.

Palatanın açılış mərasimində Azərbaycan İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək səviyyəli rəsmiləri, eləcə də Kiçik və Orta Sahibkarlıq Agentliyinin rəhbəri Orxan Məmmədov və AZPROMO-nun prezident vəzifələrini icra edən Yusif Abdullayev iştirak edəcək. Tədbirə Azərbaycanın işgüzar dairələrinin yüksək səviyyəli nümayəndələri də qatılacaqlar.

Mənbə – Report.az

Etiketlər: Xarici siyasət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

ABŞ-dakı Azərbaycan icmasının problemləri müzakirə olunub

04 Fevral 2022 3 3 Dəfə oxundu

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Nyu-York şəhəri və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının fəalları ilə görüş keçirilib. “Report”un yerli bürosu

Report.az

Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət olunub

04 Fevral 2022 0 3 Dəfə oxundu

Ukrayna Xarici İşlər Nazirliyinə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a

Report.az

Azərbaycan səfiri Pakistan Hərbi Dəniz Qüvvələri komandanı ilə görüşüb

03 Fevral 2022 1 3 Dəfə oxundu

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan Hərbi Dəniz Qüvvələri komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb. Bu barədə “Report”a

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email