Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Trend.az
  3. Azərbaycan tezliklə qızılı təkcə xammal şəklində deyil, həm də hazır zərgərlik məmulatı kimi də ixrac edəcək
 Azərbaycan tezliklə qızılı təkcə xammal şəklində deyil, həm də hazır zərgərlik məmulatı kimi də ixrac edəcək
Trend.az

Azərbaycan tezliklə qızılı təkcə xammal şəklində deyil, həm də hazır zərgərlik məmulatı kimi də ixrac edəcək

07 İyul 2021 4 3 Dəfə oxundu

Bakı. Fatimə Zülfüqar – Trend:

Yaxın zamanlarda Azərbaycanın ixrac zənbilində qızıl təkcə xammal şəklində deyil, həm də hazır zərgərlik məmulatı kimi də yer alacaq.

Bunu Trend-ə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycana qızıl idxalı üçün əlverişli şərait yaradılıb: “Ölkədə zərgərlik sənayesinin gücləndirilməsi üzrə qrupun fəaliyyəti nəticəsində təkliflər hazırlanıb və müvafiq strukturlara təqdim edilib. 2021-ci il yanvarın 1-dən Azərbaycana qızıl və gümüşün xammal və zərgərlik məmulatı kimi idxalı aksiz vergisi tətbiq olunmadan və 15 faiz gömrük rüsumu ilə həyata keçirilir. Zərgərlik avadanlıqlarının Azərbaycana idxalı zamanı 18 faiz həcmində ƏDV-dən azad edilməsi nəzərdə tutulur”.

O, həmçinin Zərgərlər Assosiasiyasının yerli bazarın vəziyyətinin yaxşılaşdırılması işində uğurları barədə danışıb: “Bizim sıralarımıza “AzerGold”, “Levata Group”, “Italdizain” kimi yerli bazarın iri iştirakçıları daxil olub. Bundan başqa, “zergerler.az” portalı yaradılıb ki, bunun vasitəsilə Azərbaycanın və dünyanın zərgərlik sektoru barədə son məlumatları əldə etmək olar”.

Assosiasiya rəhbəri koronavirus pandemiyasının qiymətli metallar bazarına təsiri məsələsi barədə də danışıb: “Qızıl bu gün ən stabil invesntisiya alətidir, ona görə də pandemiya onun alışına heç bir təsir göstərməyib. Təəssüf ki, bu gün hazır zərgərlik məmulatları ixrac olunmur, amma biz bazar iştirakçıları ilə daim görüşlər keçiririk, yerli brendlərin yaradılmasını təbliğ edirik”.

(Tərcümə: Orxan Nəbiyev)

Mənbə – Trend.az

Etiketlər: Biznes və iqtisadiyyat xəbərləri
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Trend.az

Qarabağda xarici investorlar üçün çoxlu imkanlar var – AZPROMO

03 Fevral 2022 0 1 Dəfə oxundu

Bakı. Trend: Qarabağda xarici investorlar üçün çoxlu imkanlar mövcuddur. Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)

Trend.az

Azərbaycanda onlayn ticarət 70 faizə yaxın artıb

02 Fevral 2022 0 2 Dəfə oxundu

Bakı. Sədrəddin Ağcayev – Trend: 2021-ci ildə Azərbaycanda elektron kommersiya platformalarında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 68 faiz artıb. Trend-in

Trend.az

Azərbaycanda onlayn ticarət 70 faizə yaxın artıb

02 Fevral 2022 0 2 Dəfə oxundu

Bakı. Sədrəddin Ağcayev – Trend: 2021-ci ildə Azərbaycanda elektron kommersiya platformalarında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 68 faiz artıb. Trend-in

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email