Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Baku.ws
  3. Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları bəyannamə imzaladı
 Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları bəyannamə imzaladı
Baku.ws

Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları bəyannamə imzaladı

07 İyul 2021 2 5 Dəfə oxundu

Azərbaycan baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburqa səfəri başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, konfransı açıq elan edən Rusiyanın Baş prokuroru İqor Krasnov Avropa İnsan hüquqları konvensiyasının tələbləri kontekstində fərdi hüquqların və ictimai maraqların müdafiəsində prokurorluğun rolu haqda məlumat verib.

Müasir dövrün çağırışlarına uyğun olaraq prokurorluq sisteminin inkişafı, insan hüquqlarının qorunmasında prokurorluğun rolu, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, o cümlədən kibercinayətkarlıq, rəqəmsal valyutalardan istifadə etməklə törədilən cinayətlər və digər sahələrdə prokurorluqlar arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Elə həmin gün Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları tərəfindən Xəzər dənizində ətraf mühitin mühafizəsi və təbii resurslardan istifadə sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalanıb.

Bəyannamə Xəzər dənizi akvatoriyasında beynəlxalq hüquq və ətraf mühitin mühafizəsi haqqında milli qanunvericiliyin icrası mexanizmlərini, habelə vətəndaşların ekoloji hüquqlarının qorunması və müvafiq hüquqpozmalara qarşı preventiv kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali ilə görüşüb. Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

Kazem Cəlali dost Azərbaycan dövlətini və xalqını tarixi qələbə münasibətilə təbrik edərək Azərbaycan-İran sərhədinin tam şəkildə bərpa olunduğunu da məmnuniyyətlə vurğulayıb.

Həmçinin, ölkələrimiz arasında hüquq mühafizə sahəsində əməkdaşlıq, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri müzakirə edilib.

Nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri davam edir.

BAKU.WS

QALEREYA

Mənbə – Baku.ws

Etiketlər: Sosial
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Baku.ws

Güclü külək əsəcək, yağış və qar yağacaq –

03 Fevral 2022 0 2 Dəfə oxundu

Bakıda və Abşeron yarımadasında fevralın 5-də arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir

Baku.ws

Bakıda anası tərəfindən evə qapadılan uşaq eyvana çıxıb fəryad etdi

03 Fevral 2022 2 2 Dəfə oxundu

Bakının Yasamal rayonu Əsəd Əhmədov küçəsi 18 ünvanında ananın öz övladını evə qapadaraq onu saatlarla tək qoyması faktı qonşuları hiddətə

Baku.ws

Daşınmaz əmlaka çıxarış almaq istəyənlərin DİQQƏTİNƏ

03 Fevral 2022 1 4 Dəfə oxundu

Daşınmaz əmlaka dövlət reyestrindən çıxarış almaq üçün nə qədər vəsait ödəməliyəm? Dövlət rüsumu və xidmət haqqının məbləğini öncədən necə bilim?

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email