Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Siyasət
  3. Azərbaycan diplomatiyasının növbəti uğuru: Ermənistan mina xəritəsini verməyə məcbur edildi
 Azərbaycan diplomatiyasının növbəti uğuru: Ermənistan mina xəritəsini verməyə məcbur edildi
Siyasət Trend.az

Azərbaycan diplomatiyasının növbəti uğuru: Ermənistan mina xəritəsini verməyə məcbur edildi

05 İyul 2021 10 5 Dəfə oxundu

Bakı. Trend:

Ermənistan heç vaxt hüquqi dövlət olmayıb. Məhz bu səbəbdən qanun-qaydalara, beynəlxalq prinsiplərə əməl etməyib. Onun üçün insan faktoru da önəmsizdir. “Türkdür, ölməlidir” ideologiyası ta qədimdən erməni təfəkkürünə yeridilib. Bütün insani dəyərləri bu amal uğrunda məhv etməyə daim hazırdırlar. Ona görə bir erməninin və ya Ermənistanın türkün – Azərbaycanın lehinə işləyən hər hansı bir addımı sırf onun çarəsizliyinin, məcbur edildiyinin təzahürüdür…

Bu baxımdan, işğaldan azad olunan daha iki rayonumuzda ermənilər tərəfindən basdırılmış mina sahələrinin xəritəsinin Azərbaycana təhvil verilməsi diplomatiyamızın növbəti uğuru, eləcə də Prezident İlham Əliyevin xüsusi diplomatik məharətidir. Çünki məhz onun məcburetmə tədbirləri sayəsində bütün bunlar baş verir.

Azərbaycan Prezident İlham Əliyevin timsalında istər Ağdamda, istərsə də Füzuli və Zəngilanda basırılan minaların xəritələrini məhz məcburetmə taktikası ilə aldı. Ali Baş Komandan özü də çıxışlarının birində mina xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı demişdi ki, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik. Və bu gün biz Ermənistanın həmin məcburiyyət qarşısında necə aciz qaldığını görürük.

Şübhə yoxdur ki, bundan sonra da Ermənistan məcburiyyət daxilində Azərbaycanla bağlı müsbətyönümlü addımlar atacaq və işğaldan azad olunan digər rayonların da minalanmış sahələrinin xəritələrini ölkəmizə təhvil verəcək. Hətta bu gün “Zəngilan dəhlizi”nin açılması məsələsindən hər vəchlə yayınmağa və boyun qaçırmağa çalışan Ermənistan sabah belə bir şansının olmadığını görəcək və istəsə də, istəməsə də bu dəhlizin açılmasını təmin edəcək. Bütün regional layihələrdən kənarda qalan, nəqliyyat infrastrukturundan, ticarət əlaqələrindən məhrum edilən, ümumi inkişafdan geri qalan Ermənistan nəhayət Azərbaycanın diqtəsinə boyun əyməli olacaq. Çünki bu ölkənin strateji düşünə bilməmək kimi ciddi bir problemi var. Özü özünü biabr etməmiş hansısa addımı ata bilmir.

Qayıdaq mina məsələsinə! Ağdamda 97 min, Füzuli və Zəngilanda isə 92 min tank və piyada əleyhinə mina… Ümumilikdə, 189 min ədəd minanın xəritəsi artıq Azərbaycandadır. Bu, təbii ki, işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən basdırılmış yüz minlərlə minanın sadəcə bir qismidir. Bununla belə, bu xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərin bərpası üçün olduqca əhəmiyyətlidir. İlk növbədə, insan itkisinin qarşısı alınacaq. Digər tərəfdən isə ən çox minalanmış ərazilər də məhz Ağdam, Füzuli və Zəngilandır. Hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələri də Füzulidə həyata keçirilir. Çünki Füzuli olduqca strateji əhəmiyyət kəsb edir, Qarabağa aparan bütün yol-nəqliyyat infrastrukturu bu ərazidən keçir.

Ona görə də Ağdamdan sonra məhz Füzuli və Zəngilanın minalardan daha tez təmizlənməsi bu rayonların sürətlə yenidən qurulması və o bölgədən qaçıqn və məcburi köçkün düşmüş sakinlərin öz yurd-yuvalarına qayıtması prosesini sürətləndirəcək.

Elgün Mənsimov

Twitter: @Elgun_Mensimov

Mənbə – Trend.az

Etiketlər: Siyasət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Siyasət Trend.az

Bəzi MTK sahibləri öz binalarında qanuni kabel operatorlarının fəaliyyətinə imkan

04 Fevral 2022 6 11 Dəfə oxundu

Bakı. Elçin Mehdiyev – Trend: Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun Trend-ə müsahibəsi – İsmət müəllim, hazırda

Baku.ws Siyasət

Nazirdən Respublika Olimpiya Liseyinə YENİ TƏYİNAT

04 Fevral 2022 5 2 Dəfə oxundu

Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyinin direktoru dəyişib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Rasim Muradov vəzifəsindən çıxarılıb. Onun əvəzinə

azxeber.com Siyasət

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşdü – FOTO

04 Fevral 2022 5 2 Dəfə oxundu

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub. AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email