
“Azər-Türk Bank” Müşahidə Şurasının növbədənkənar iclası keçirilib

Dekabrın 8-də “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, iclasda Bankın İdarə Heyətinin tərkibinə dəyişiklik edilib. Belə ki, Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Orxan Ziyad oğlu Hüseynov həvalə edilib.
Orxan Ziyad oğlu Hüseynov 2007-ci ildən bank sahəsi üzrə fəaliyyət göstərir və ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb.