Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Report.az
  3. AVRO-2020: UEFA Azərbaycana təşəkkür etdi
 AVRO-2020: UEFA Azərbaycana təşəkkür etdi
Report.az

AVRO-2020: UEFA Azərbaycana təşəkkür etdi

06 İyul 2021 4 3 Dəfə oxundu

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyunu ilə bağlı UEFA tərəfindən AFFA-ya təşəkkür məktubu daxil olub.

Məktubun məzmununun tərcüməsini və orijinalının surətini diqqətinizə çatdırırıq:

Hörmətli həmkarlar,

Bakıda keçirilən 4 oyunun yüksək səviyyədə təşkilinə görə sizi təbrik edirik. Bu, inanılmaz bir uğurdur!

Ötən bir neçə həftə bu işə cəlb olunan hər kəs üçün çox gərgin keçdi. AVRO-2020 layihəsinə sərf etdiyiniz əməyə görə hər birinizə təşəkkür edirəm. Əzmkar və motivasiyalı insanların bir komanda şəklində birlikdə çalışdığı, ortaq məqsəd və ambisiyalara sahib olduğu halda nələrin əldə oluna biləcəyini nümayiş etdirdiniz.

Mən Bakıda keçirilmiş bir oyunda iştirak etmək şərəfinə nail oldum və işçi heyətindəki atmosferdən, yüksək peşəkarlıq standartlarından çox təsirləndiyimi deyə bilərəm. COVID-19-un son bir neçə ayda yaratdığı qeyri-müəyyənlik fonunda belə, AVRO-2020 oyunlarını həvəslə təşkil etmək əzminiz bariz şəkildə görünürdü. Bunu həmişə – bu gün və bu yaydakı yarışdan hələ çox sonra da xatırlaya və bununla fəxr edə bilərsiniz.

Bu müddət ərzində birlikdə çalışdıqdan sonra siz UEFA-nın geniş Avropa ailəsinin ayrılmaz bir hissəsinə çevrildiniz. Ümid edirəm ki, bu layihədə çalışdığınız müddətdə zövq aldınız və turnirin həyəcanlı keçəcəyi şübhə doğurmayan qalan oyunlarını izləməkdən də zövq alacaqsınız.

Həm UEFA, həm də öz adımdan bütün gələcək işlərinizdə sizə xoş arzularımı çatdırıram!

Hörmətlə,

Martin Kallen

Baş direktor

UEFA Events SA

Mənbə – Report.az

Etiketlər: Futbol
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Afrika Millətlər Kuboku: Turnirin daha bir finalçısı məlum olub

04 Fevral 2022 3 2 Dəfə oxundu

Misirin milli futbol komandası Afrika Millətlər Kubokunun yarımfinalında Kamerun yığmasını penaltilər seriyasında məğlub edib. “Report” xəbər verir ki, qarşılaşma Kamerunun

Report.az

İspaniya Kuboku: “Atletik” “Real”ı məğlub edib

03 Fevral 2022 2 2 Dəfə oxundu

İspaniya Kubokunun 1/4 final matçında “Atletik” “Real Madrid”i qəbul edib. “Report” xəbər verir ki, qarşılaşma Bilbao şəhərinin “San-Mames” stadionunda baş

Report.az

“Real Madrid”in avtobusu azarkeşlərin hücumuna məruz qalıb

03 Fevral 2022 0 2 Dəfə oxundu

İspaniya Kubokunun 1/4 finalında “Atletik”in qonaqğı olacaq “Real Madrid” xoşagəlməz hadisə ilə üzləşib. “Report” xəbər verir ki, “kral klubunu” daşıyan

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email