Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Publika.az
  3. ATƏT Parlament Assambleyasının yay sessiyası BAŞA ÇATDI
 ATƏT Parlament Assambleyasının yay sessiyası BAŞA ÇATDI
Publika.az

ATƏT Parlament Assambleyasının yay sessiyası BAŞA ÇATDI

06 İyul 2021 4 3 Dəfə oxundu

İyulun 6-da Vyanada ATƏT Parlament Assambleyasının yay sessiyasının plenar iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda “Təxirəsalınmaz məsələlər” çərçivəsində ABŞ-ın təklif etdiyi “ATƏT məkanında nifrət, dözümsüzlük, şiddət və diskriminasiyanın artmasına qarşı” qətnamə layihəsi səsverməyə çıxarılıb.

Səsvermədən əvvəl qətnamə layihəsini təklif edən ABŞ senatoru Bencamin Kardin Azərbaycan və Türkiyə nümayəndə heyətlərinə sənədin təkmil tərtibatına verdikləri töhfəyə görə təşəkkür edib. O bildirib ki, yeni düzəlişdən sonra sənəd islamofobiya və onun təzahür formalarına qarşı mübarizəni də ehtiva edir. Eyni zamanda, qeyd edilib ki, XX əsrin əvvəllərində tarixi ədalətsizlik kimi qiymətləndirilən hadisələr siyahısında soyqırımı anlayışı (açıq yazılmasa da, qondarma erməni soyqırımı nəzərdə tutulur) Azərbaycanın təklifi ilə qətnamədən çıxarılıb.

Səsvermə zamanı qətnamə deputatların əksər səs çoxluğu ilə qəbul olunub.


<!–

(adsgarden = window.adsgarden || []).push({});–>

Qətnamə qəbul olunduqdan sonra Azay Quliyev Azərbaycanın və Türkiyənin düzəlişlərini qəbul etdiyinə və konstruktiv əməkdaşlığa görə senatora təşəkkürünü bildirib.

Bundan başqa, Azay Quliyev ATƏT-in müşahidə missiyasının rəhbəri və xüsusi koordinatoru kimi bu ilin aprelində Albaniyada keçirilən parlament seçkiləri haqqında hesabat məruzəsi ilə çıxış edib, seçki prosesi zamanı missiyanın müəyyən etdiyi müsbət və mənfi məqamlar haqqında Assambleyanı məlumatlandırıb.

ATƏT Parlament Assambleyasının yay sessiyası qurumun prezidentini, vitse-prezidentlərini və komitə sədrlərini seçdikdən sonra işini başa çatdırıb. İsveçdən olan deputat Marqareta Sedelfert cəmi 2 səs fərqi ilə, yəni 128 deputatın dəstəyini qazanaraq norveçli rəqibi Kari Henriksenə qalib gəlib və ATƏT Parlament Assambleyasının prezidenti seçilib.

Mənbə – Publika.az

Etiketlər: Avropa
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Publika.az

Kanar adalarında vulkan püskürməsi başladı

19 Sentyabr 2021 2 2 Dəfə oxundu

İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) Palma adasında vulkan püskürməsi başlayıb. Publika.az “Associated Press”ə istinadla xəbər verir

Publika.az

Roma Papasını qadınlar da mühafizə edəcək

19 Sentyabr 2021 3 2 Dəfə oxundu

Roma Papasının şəxsi mühafizəsinə qadınlar cəlb edilə bilər. Publika.az TASS-a istinadən xəbər verir ki, İsverçrə qvardiyasına daxil olan mühafizə heyətinə

Publika.az

İngiltərədən Türkiyə ilə bağlı VACİB QƏRAR

17 Sentyabr 2021 2 1 Dəfə oxundu

Türkiyə İngiltərənin pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinin tətbiq edildiyi qırmızı siyahısından çıxarılıb. Publika.az xəbər verir ki, yeni qərara əsasən, oktyabrın

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email