
Ajda Pekkan özünü 50 yaş cavanlaşdırdı – FOTO

Türkiyə musiqisinin pop divası Ajda Pekkan fotoşoplu kadrları ilə gündəm yaradıb.
Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, pandemiya səbəbilə qoyulan sərt məhdudiyyətlərdən sonra Ajda ilk dəfə Bodrumda səhnəyə çıxıb. Superstarın konsertdən çəkilən fotoları mediaya təqdim edilib.
Fotolarda ulduzun üzünü effekt və proqramla həddən artıq cavanlaşdırması diqqət çəkib. İzləyiciləri müğənnini saxtakarlıqda ittiham edərək 25 yaşında göründüyünü yazıb.
<!–
(adsgarden = window.adsgarden || []).push({});–>
Mənbə – Publika.az