Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Oxu.az
  3. Aİ göz yaşlarına inanmır və pul hədiyyə etmir
 Aİ göz yaşlarına inanmır və pul hədiyyə etmir
Oxu.az

Aİ göz yaşlarına inanmır və pul hədiyyə etmir

05 İyul 2021 2 6 Dəfə oxundu

Bugünlərdə Avropa İttifaqı Azərbaycandan əlavə Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və (hələ ki) Belarusun da daxil olduğu “Şərq Tərəfdaşlığı” ölkələrinin dəstəklənməsi üzrə ən böyük yardım proqramını elan etdi.

Caliber.Az xəbər verir ki, Avropa Komissiyasına təqdim ediləcək layihəyə əsasən, ümumi vəsaitin həcmi təxminən 2,3 milyard avro olacaq. Bu məbləğin altı ölkə arasında qrant, bank zəmanəti və qarışıq maliyyələşdirmə istiqamətində bölgüsü nəzərdə tutulur.

Layihədə qeyd edildiyi kimi, Avropa Komissiyası məqsədəuyğun hesab edərsə, məbləğin bir hissəsi “Dayanıqlı İnkişaf üçün Avropa Fondu plyus” (EFSD+) çərçivəsində ayrılan və ümumi həcmi 5.7 milyard avro olan kreditlər üçün zəmanət kimi istifadə edilə bilər. Aİ hesab edir ki, bu səviyyədə dəstək “Şərq Tərəfdaşlığı” ölkələrinə 17 milyard avroyadək investisiyaları səfərbər etməyə imkan verəcək.

Bu arada, bir çoxlarının qeyd etdiyi kimi, layihə çərçivəsində maliyyə yardımlarının bölgüsü qeyri-bərabər aparılıb. Belə ki, əgər Azərbaycan yaxın beş ildə “avropalılardan” yalnız 140 milyon avro yardım alacaqsa, Ermənistana 1,5, Gürcüstan isə 1,125 milyard avro ayrılacaq.

Belə çıxır ki, Aİ azərbaycanlıların maraqlarını faktiki olaraq görməzdən gəlib, erməni və gürcülərə fəal şəkildə kömək edir?

Bəli, müharibə vaxtı biz çox şeyi anladıq, “yetkinləşdik” və artıq heç bir illüziyaya qapılmırıq. Amma, hətta o zaman belə Avropa İttifaqı bir təsisat olaraq, Fransa kimi ayrı-ayrı üzv ölkələrin qərəzli yanaşmalarına baxmayaraq, ümumilikdə bitərəf mövqe tutdu.

Dərhal qeyd edək ki, Avropanın “daha demokratik Ermənistan və Gürcüstan”ı Azərbaycandan daha çox dəstəkləməsi kimi “demokratik nəzəriyyə” tərəfdarlarının ən sevimli dəlilləri bu halda tətbiq oluna bilməz. Çünki, Qərb tərəfindən sərt sanksiyalarla təqib olunan Aleksandr Lukaşenkonun Belarusiyası da layihə çərçivəsində təxminən 900 milyon avro yardım tələb edə biləcək. Yəni buradakı məsələ qətiyyən “Avropa demokratik dəyərlərinə” uyğunluq məsələsi deyil.

Layihəni yaxından nəzərdən keçirsək, “səxavətli Hans əmi”nin kasıb ölkələrə yağlı cüzdanından pul paylayan sadə obrazı dağılmağa başlayır. Məsələ burasındadır ki, layihədə göstərilən 2,3 milyard avro, Avropa İnvestisiya Bankı, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə qurumlarına əsaslanaraq, AB-nin kredit və investisiya mexanizmlərindən biri olan Qonşuluq İnvestisiya Proqramı (NIP) vasitəsi ilə cəlb ediləcək. Bu maliyyə qurumları isə, adından da göründüyü kimi, xeyriyyəçi təşkilatlar deyil, banklardır.

Beləliklə də, məlum olur ki, əslində, Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı heç bir ayrı-seçkilik olunmayıb. Avropalılar yalnız indiyədək “Şərq Tərəfdaşlığı” ölkələri üçün NIP xəttilə orta hesabla verilmiş “kredit”lərin standart pay bölgüsünü rəhbər tutublar. Belə olduqda isə Ermənistana ümumi “tort”un 15% -i, Azərbaycan isə 2%-i düşür.

Üstəlik, diplomatik mənbələrdən aldığımız məlumata görə, Avropa tərəfi, Azərbaycanın istəyinə uyğun olaraq, ölkəmizə daha yüksək məbləğdə kredit dəstəyi göstərməyə hazır olduğunu açıq şəkildə bildirib. Ancaq işin əsli budur ki, rəsmi Bakı güzəştli də olsa borc öhdəlikləri götürməməyə çalışır və analoji siyasət xətti artıq xeyli müddətdir ki, izlənilir. Məsələn, iyunun 21-də Azərbaycanın Dünya Bankının koronavirusla mübarizə üçün ayırdığı 95 milyon dollarlıq güzəştli kreditdən imtina etməsi heç kəs üçün sirr deyil. Eyni proses də Aİ layihəsinə münasibətdə müşahidə olunur.

Prezident İlham Əliyevin bu ilin aprelində söylədiyi kimi, Azərbaycanın xarici borcu ÜDM-nin 18%-ni təşkil edir və qarşıda duran vəzifə bu rəqəmin 10%-ə endirilməsidir. Qonşu Ermənistanda isə makroiqtisadi vəziyyət tam əksinədir. Ölkənin maliyyə nazirliyinin məlumatına görə, milli borc artıq “idarəolunmaz” səviyyəyə çatıb. Ermənistanın cari il üçün dövlət büdcəsi əsasında qurulan proqnozlara görə, 31 dekabr 2021-ci il tarixinə dövlət borcu 8,551 milyard dollar təşkil edəcək ki, bu da ölkə ÜDM-sinin 66%-nə bərabərdir.

Bir sözlə, borc və kreditlərini yenidən maliyyələşdirmədən “yaşaya bilməyən” Ermənistanın Aİ-nin güzəştli kreditlərindən istifadə etməkdən başqa çıxış yolu yoxdur. Bu, avropalılar üçün Çinin “Bir kəmər – bir yol” adlı geoiqtisadi təşəbbüsünə qarşı çıxmaq məqsədilə bölgədəki, ən azı bəzi infrastruktur layihələri üzərində nəzarəti ələ keçirmək fürsətidir.

Mənbə – Oxu.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 9 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email