
500 milyon dollar pul tapdıq

Asiya İnkişaf Bankı (AİB) iqtisadiyyatın diversifikasiyası üçün Azərbaycana 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Bankın saytında bildirilir ki, kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.
Qeyd edək ki, 500 milyon ABŞ dollarının daxili bazarda manata çevrilərək xərclənməsi USD/AZN məzənnəsinə təsir edə bilər.