
5 ildə 12 min yeni mağaza açacaq

Starbucks gələcək 5 il ərzində dünya üzrə 12 min yeni mağaza açmağı planlaşdırır.
Starbucks-ın Əməliyyat Direktoru Kevin Johnson, şirkətin Nyu-Yorkda keçirdiyi “İnvestor Günündə” gələcək planlarını açıqlayıb.
Gələcək 5 il ərzində əksəriyyəti ABŞ və Çində olmaqla 12 min yeni Starbucks mağazası açmağı planlaşdırdıqlarını qeyd edən Johnson, investorlara bu dövrdə gəlirləri 10 faiz artırmağı hədəf seçdiklərini söyləyib.
Starbucks-ın dünya miqyasında mağaza sayını 37 minə çatdıracaq bu planın açıqlanmasının ardından şirkətin səhmləri 2%-ə yaxın bahalaşıb.
Gələn ilin aprel ayında İcraçı Direktor kreslosunu təhvil alacaq Kevin Johnson, həmçinin Starbucks-ın “Princi” adı altında İtalyan pitsa mağazaları açmağı planlaşdırdığını dilə gətirib.
Şirkəti dünyanın ən böyük qəhvəxana zənciri halına gətirən Starbucks-ın hazırkı İcraçı direktoru Hovard Şults (Howard Schultz), ötən günlərdə vəzifəsini Johnsona təhvil verəcəyini açıqlamışdı. Şults, bu qərarı yeni şirkəti “Reserve Roastery and Tasting Room”a daha çox vaxt ayırmaq istəməsi səbəbindən verdiyini bildirmişdi.