Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Marja.az
  3. 450 mindən çox yeni iş yeri açılacaq
 450 mindən çox yeni iş yeri açılacaq
Marja.az

450 mindən çox yeni iş yeri açılacaq

06 İyul 2021 12 4 Dəfə oxundu

“Strateji Yol Xəritəsi 2025-ci ilə qədər ÜDM-də 3%-dən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur”.

Bu barədə məlumat Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində yer alıb.

Sənəddə qeyd edilib ki, Strateji Yol Xəritəsi çərçivəsində görülən, eləcə də digər əlavə tədbirlər və ümumi iqtisadi mühitin yaxşılaşması nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.

Sənəd müəllifləri hesab edir ki, iqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qeyri-rəsmi məşğulluğun payı azalacaq. Onların fikrincə, qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının hazırkı 2,6%-lik göstəricidən 2025-ci ilə qədər 4%-ə çatdırılması mümkün olacaq.

Bundan başqa, qeyri-neft sektoru üzrə ixrac 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması mümkün olacaq: “2015-ci ildə Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına 1000 dollara bərabər olub. İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan adambaşına 1500 dollar həcmində məhsul ixrac olunmuşdur ki, bunun da 90%-ni neft və qaz məhsulları təşkil edib. Mal və xidmətlərin idxalının ixrac ilə balanslaşdırılması iqtisadi müstəqillik və sabitlik üçün son dərəcə vacibdir, lakin neft qiymətlərindən asılılığı azaltmaq üçün daha çox qeyri-neft sektoru məhsullarının ixracına ehtiyac var”.

Sənəddə bildirilib ki, 2025-ci ilə qədər ticari mal və xidmətlər sektorunda, xüsusi ilə istehsal və ya turizm sektorlarında 150 min əlavə iş yerinin yaradılması kimi hədəflərə də nail olunacaq.

Sənəd müəllifləri dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılmasını 4-cü hədəf kimi dəyərləndirir.  

“Bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) ARDNFdən edilən transfertlərin hesabına maliyyələşdirilir. Bu rəqəm 2025-ci ilə qədər 15%-ə endirilməlidir. ARDNF-in transfert edə biləcəyi məbləğ onun gəlirləri ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilib. Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir. İqtisadiyyatda özəl investisiyaların payını artırmaq üçün sabit artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin Neft Fondunun transfertlərindən daha az asılı olmasını tələb edir”, – deyə sənəddə vurğulanıb.

Mənbə – Marja.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 9 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email